"İran klubuna getmək variantı var. Belə desək, buna yaxınam”.
Bu sözləri Fanat.Az-ın danışan Ramiz Məmmədov deyib.
Məmmədov İrandan təklif aldığını və qonşu ölkəyə üz tutmaqla bağlı tərəddüd etmədiyini açıqlayıb: "Əslində iki yox, üç variantdan birinin reallaşması gözlənilir. Bəzi nüanslar var. Tələsmək, ad açıqlamaq istəmirəm. Yaxın günlərdə hər şey dəqiqləşəcək”.
Bir müddət öncə İranın elita klublarının - "Fulad" və "Əhvaz"ın sözügedən çalışdırıcı ilə maraqlandığı haqda qonşu ölkə mətbuatında xəbər yayılmışdı.
Fanat.Az