15:21 29.07.2018 1447

Elşad Əhmədov Türkiyə hazırlığını dəyərləndirdi

"Sabah” bu gün səhər məşqi ilə Türkiyə toplanışını yekunlaşdırıb.

 

 

Fanat.Az xəbər verir ki, elitanın debütantı bu gün Azərbaycana dönəcək.

 

 

Baş məşqçi Elşad Əhmədov dünən keçirilmiş "Alanyaspor”la yoxlama oyunu (1:1) barədə fikirlərini bildirib. O, klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

 

 

"Həftənin hazırlığını "Alanyaspor”la oyuna uyğun qurmuşduq. İlk hissədə futbolçular taktiki tapşırıqlarımızın 70 faizini yerinə yetirdilər. Rəqibə boşluqlar demək olar, vermədik. 1-2 epizodda boşluq verdik ki, rəqib də bu fürsətlərin birindən yararlanıb, qapımıza qol vurdu. Qolda rəqibin ustalıq səviyyəsi də rol oynadı. Fasilədə uşaqlarla danışdım. İkinci hissədə daha yaxşı oynadıq. Demək olar, 4 yüzfaizli qol şansımız oldu. Sağ olsun uşaqlar, sona kimi vuruşdular. Rəqib Türkiyə Super Liqa təmsilçisi idi. Onların "Sumqayıt”la oyununu izləmişdim. Həmin matçda "Alanyaspor”un maraqlı komanda olduğunu görmüşdük”.

Əhmədov Bolu toplanışnı da dəyərləndirib: "Təlim-məşq toplanışından öncə planlaşdırdığımız kimi 4 oyun keçirdik. İstərdik ki, iki Türkiyə, iki də başqa ölkə təmsilçisi ilə qarşılaşaq. Lakin alınmadı. 4 oyunumuzun hamısını yerli komandalara qarşı keçirdik. Bütün oyunlarımız heç-heçə başa çatdı. İki qarşılaşmada hesabda öndə olsaq da, sonda qələbə hesabını qoruyub saxlaya bilmədik. Digər oyunlarda isə əksinə oldu. Əsas odu, uşaqlar xarakter nümayiş etdirdilər. Düzdü, çatışmayan cəhətlərimiz var. Çempionatın starına kimi çalışıb, həmin çatışmazlıqları aradan qaldırmaq istəyirik. Əsas fikrimiz avqutun 11-də və ya 12-də baş tutacaq çempionatdakı ilk oyunumuza tam hazır olmaqdı”.


Xatırladaq ki, "Sabah” iyulun 16-dan Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında idi. Komanda bu müddətdə yerli "Girəsunspor” (1:1), "Osmanlıspor” (1:1), "Sancaktepe Bələdiyyəspor” (2:2) və "Alanyaspor”la (1:1) yoxlama oyunu keçirib.

 

 

Fanat.Az

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

03 İyul 2025
22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

22:11

Rusiyalı məşqçi faciəvi şəkildə öldü

21:52

Holandın etdiyini nə Messi bacarıb, nə də Ronaldu

21:23

"Sabah" Avstriyada yenə qollu heç-heçəyə razılaşdı

20:45

Almaniyanın U-20 millisinin üzvü "Leypsiq"də - RƏSMİ

20:12

Rusiyalı futbolçu 4 illik diskvalifikasiya edildi

19:50

Cikiya Super Liqa klubu ilə müqavilə bağlasa da...

19:23

"Liverpul" fanatları Jotanın və qardaşının xatirəsini belə yad etdilər - FOTO

18:49

"Favorit "Sele"dir, çünki "Sabah"..." - Aslan Kərimov problemləri sadaladı

18:20

"MLS mənim oyun tərzimə uyğun deyildi" - Jiru

17:58

Bu gün "Sabah" ikinci sınaq matçına çıxacaq

17:56

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:23

"Araz-Naxçıvan"ın ÇL-dəki rəqibləri bəlli oldu

17:05

Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandı

16:47

"Sabahı çox çətin mübarizə gözləyir" - Xaqani Məmmədov

16:29

"O pula Neymarı almaq olmaz, amma çoxlu ağac əkmək olar" - Müllerdən etiraz

16:17

Azərbaycan telekanalı "Traktor"un ÇL oyunlarını yayımlayacaq

16:10

“UEFA Hakimlər Komitəsinin üzvlərini yaxşı tərəfdən təəccübləndirdik”

15:53

İspaniya nəhəngi dünya çempionunun klubuna rəsmi təklif göndərəcək - MƏBLƏĞ

15:35

"Bu, özümü yenidən göstərmək üçün şansdır" - Quliyev Premyer Liqanı arzulayır

15:14

"Qəbələ" Futbol Akademiyasının fəaliyyəti dayandırıldı

14:57

Ronaldu Jotanın ölümü ilə bağlı paylaşım etdi

14:39

Kamal Quliyevin köməkçiləri bilindi

14:21

"Kəpəz" rəqiblərindən ikisini açıqladı

14:04

"Sumqayıt" qalanları saxlayacaq

13:46

"Mançester Siti" yeni qapıçı transfer etməyə yaxındır - MƏBLƏĞ

13:28

Klublarımızın avrokubok oyunlarını hansı kanallar yayımlayacaq? - AÇIQLAMA

13:05

"Liverpul"un vingeri bədbəxt hadisə nəticəsində həyatını itirdi

12:44

"Mingəçevir"in yarımmüdafiəçisi bu kluba keçdi

12:26

"Rəqib nə qədər güclü olsa da..." - "Zirə"nin kapitanı "Hayduk"la oyundan nə gözləyir?

12:08

AFFA rəsmisi ÇL-ə təyinat aldı

11:50

KONKAKAF: Finalçılar bəlli oldu

11:32

Azərbaycan millisi EEVZA-da 5-ci oldu

11:15

Azərbaycan ilə Özbəkistan DÇ-yə birgə ev sahibliyi üçün FIFA-ya müraciət edəcək

10:57

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:39

Flik 2 futbolçunun "Barselona"dan göndərilməsinə qadağa qoydu - ADLAR

10:20

"Qalatasaray" isveçrəlinin transferi üçün Osimhenlə İkardinin menecerini işə qoşdu

09:45

Ərəb şeyxi Taysonu fikrindən döndərdi - "Ovlamalı olduğumuz bir dovşan var"

09:23

"Şamaxı"nın 4 yeni oyunçusunun komandaya qoşulacağı tarix bilindi

09:00

"Mən qarşısıalınmaz olacam" - Lamin Yamal

Facebookdan bizi izləməyi unutmayın.
X