"Neftçi”nin əsas və əvəzedici komandalarımız arasında yoxlama oyunu keçiriləcək.
Fanat.Az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, yeni mövsümün hazırlığını davam etdirən "Neftçi”nin əsas və əvəzedici komandaları yoxlama oyununda qarşılaşacaqlar.
Avqustun 4-də "Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutacaq görüş saat 18:00-da start götürəcək.
"Neftçi”nin əvəzedici komandası Mahmud Qurbanov çalışdırır.
Qeyd edək ki, əsas komanda bundan əvvəlki sınaq matçında "Keşlə”yə 2:0 hesabı ilə qalib gəlib. Əvəzedicilər isə avqustun 1-də "Zirə” ilə qarşılaşacaq.
Fanat.Az