Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Zirə" bu gün növbəti yoxlama oyununu keçirib.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi qardaş ölkədəki sonuncu sınağında "Traktorsazi"nin U-23 komandası ilə qarşılaşıb. Görüş Ayxan Abbasovun komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. "Zirə"nin heyətində qolları İlkin Muradov, Aleksandr Dedov və Mirsahib Abbasov vurublar.
Qeyd edək ki, "Zirə" bundan əvvəl keçirdiyi yoxlama oyunlarında Qətərin "Əl-Xaritiyah" (1:1) və Türkiyənin "Giresunspor" klubları (0:0) ilə bərabərə qalıb. "Osmanlıspor"u isə minimal hesabla məğlub edib.
Fanat.Az