18:58 31.07.2018 1773

Qurban Qurbanov: "İkisindən biri start heyətində ola bilər"

"Bizim üçün çox vacib oyundu. Səfərdə qolsuz bərabərlik olsa da, evdə top buraxmamaq meydan sahibi üçün pis nəticə deyil”.
 
Fanat.Az-ın məlumatına görə, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
 
Ağdam təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçı çərçivəsində sabah "Kukesi”ni qəbul edəcək. Qarşılaşma öncəsi təşkil edilən mətbuat konfansında Qurbanov fikrini bu sözlərlə davam etdirib: "Belə turnirlərdə buraxılan hər qol oyunun nəticəsini həll edə bilər. Həddən artıq ehtiyatlı oynamalıyıq. Sabah bəzən səbrli olmaq, bəzən tələsmək lazım olacaq. Bunu da oyunun gedişində hiss etməli və hər epizodda düzgün qərar verməyə çalışmalıyıq. Futbolçuların hamısı hazırdı. Rəqibin də açıqlamalarından görünür ki, çox iddialıdılar. Sabah sərfəli nəticə əldə etməyə çalışacağıq”.

- "Kukesi” haqda lazım olan qədər informasiya toplaya bilmisiz?
- Bəli, artıq rəqibi tam yaxından tanıyırıq. İlk matçda fərqli üslubda oynadılar. Sabah da ciddi bir dəyişiklik gözləmirəm. Bununla belə, ola biləcək dəyişikliklərə hazır olmalıyıq.
 
- Rəqibin oyunçuları sizi tərifləyir. Bu, aldadıcı manevr ola bilərmi?
- Əlbəttə, ola bilər. Amma bizim oyunçularımız təcrübəlidi. Oyuna necə hazırlaşmaq lazım olduğunu hər gün izah edirik. Rəqibin açıqlaması bizim oyunumuza yaxşı və ya pis təsir etməməlidi. Onların fikirləri bizə "siqnal" verir. Lazım olsa, bunu məşqçilərlə öz aramızda müzakirə etməliyik.
 
- Delarj və Emeqara sabah start heyətində yer ala bilərmi?
- Onlar bizim istədiyimiz formada deyil. Ancaq ikisindən birinin start heyətində yer almaq ehtimalı var. Buna sabah qərar verəcəyik.
 
- İlk matçda rəqib "avtobus qurmuşdu", amma uzaqdan zərbələr görmədik. Bu dəfə də belə olacaq?
- "Avtobus qurmaq” ifadəsi son vaxtlar dəb halını alıb. Ümumilikdə, rəqibə görə oyun qurulur. Komandalar artıq hər şeyi nəzərə alırlar. Sabah biz qol vurmağı düşünməliyik. Bu, uzaqdan zərbə ilə, küncdən zərbə və ya oyun epizodu nəticəsində ola bilər. Bunun üçün çox axtarışda olacağıq. Amma qol buraxmamaq barədə də düşünməliyik. Arxa xətdə səhvlərə yol verə bilərik. Ona görə də, müdafiəni düzgün qurmaq lazımdı.
 
- Qol vurmaqla bağlı problemləriniz var. 3 oyunda 1 qol vurmağınız sizi narahat etmir?
- Sizcə, etmir? Bunun üçün addımlar atırıq. Bu amil məni narahat edir. Ümumiyyətlə, belə turnirlərdə qol sayı az olur. Ancaq yenə də qol vurmaq haqda daha çox düşünürük.
 
- İlk oyun göstərdi ki, "Qarabağ” ustalıq baxımından üstündü. Yəqin ki, rəqib səfərdə də qapanacaq. Baş məşqçiləri penaltilər seriyasına hazırlıqdan danışır. Siz necə, 120 dəqiqəlik mübarizə istəmirsiz?
- Əlbəttə ki, 90 dəqiqədən sonra nəticənin lehimizə olmasını istərdim. Ola bilər ki, o, futbolçularını psixoloji cəhətdən bu formada hazırlayır. Biz buna da hazır olmalıyıq. Çünki sabah cütün taleyi həll olunmalıdı. Düşünürəm ki, istədiyimiz oyunu qurmaq üçün təcrübəmiz yetərli olacaq.
 
- Abdullah Zubir sabahkı matça hazırdı?
- Komanda ilə birlikdə 3 məşqdə iştirak edib. Oynamaq ehtimalı var. Səhər məşqindən sonra qərarımızı verəcəyik.
 
Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2025
00:19

"Liverpul" Jotanın xatirəsini əbədiləşdirdi

03 İyul 2025
23:39

Günay bir ildə ikinci dəfə Avropa çempionu oldu

23:18

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

22:11

Rusiyalı məşqçi faciəvi şəkildə öldü

21:52

Holandın etdiyini nə Messi bacarıb, nə də Ronaldu

21:23

"Sabah" Avstriyada yenə qollu heç-heçəyə razılaşdı

20:45

Almaniyanın U-20 millisinin üzvü "Leypsiq"də - RƏSMİ

20:12

Rusiyalı futbolçu 4 illik diskvalifikasiya edildi

19:50

Cikiya Super Liqa klubu ilə müqavilə bağlasa da...

19:23

"Liverpul" fanatları Jotanın və qardaşının xatirəsini belə yad etdilər - FOTO

18:49

"Favorit "Sele"dir, çünki "Sabah"..." - Aslan Kərimov problemləri sadaladı

18:20

"MLS mənim oyun tərzimə uyğun deyildi" - Jiru

17:58

Bu gün "Sabah" ikinci sınaq matçına çıxacaq

17:56

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:23

"Araz-Naxçıvan"ın ÇL-dəki rəqibləri bəlli oldu

17:05

Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandı

16:47

"Sabahı çox çətin mübarizə gözləyir" - Xaqani Məmmədov

16:29

"O pula Neymarı almaq olmaz, amma çoxlu ağac əkmək olar" - Müllerdən etiraz

16:17

Azərbaycan telekanalı "Traktor"un ÇL oyunlarını yayımlayacaq

16:10

“UEFA Hakimlər Komitəsinin üzvlərini yaxşı tərəfdən təəccübləndirdik”

15:53

İspaniya nəhəngi dünya çempionunun klubuna rəsmi təklif göndərəcək - MƏBLƏĞ

15:35

"Bu, özümü yenidən göstərmək üçün şansdır" - Quliyev Premyer Liqanı arzulayır

15:14

"Qəbələ" Futbol Akademiyasının fəaliyyəti dayandırıldı

14:57

Ronaldu Jotanın ölümü ilə bağlı paylaşım etdi

14:39

Kamal Quliyevin köməkçiləri bilindi

14:21

"Kəpəz" rəqiblərindən ikisini açıqladı

14:04

"Sumqayıt" qalanları saxlayacaq

13:46

"Mançester Siti" yeni qapıçı transfer etməyə yaxındır - MƏBLƏĞ

13:28

Klublarımızın avrokubok oyunlarını hansı kanallar yayımlayacaq? - AÇIQLAMA

13:05

"Liverpul"un vingeri bədbəxt hadisə nəticəsində həyatını itirdi

12:44

"Mingəçevir"in yarımmüdafiəçisi bu kluba keçdi

12:26

"Rəqib nə qədər güclü olsa da..." - "Zirə"nin kapitanı "Hayduk"la oyundan nə gözləyir?

12:08

AFFA rəsmisi ÇL-ə təyinat aldı

11:50

KONKAKAF: Finalçılar bəlli oldu

11:32

Azərbaycan millisi EEVZA-da 5-ci oldu

11:15

Azərbaycan ilə Özbəkistan DÇ-yə birgə ev sahibliyi üçün FIFA-ya müraciət edəcək

10:57

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:39

Flik 2 futbolçunun "Barselona"dan göndərilməsinə qadağa qoydu - ADLAR

10:20

"Qalatasaray" isveçrəlinin transferi üçün Osimhenlə İkardinin menecerini işə qoşdu

Facebookdan bizi izləməyi unutmayın.
X