10:55 01.08.2018 1992

Məhv edilən gələcək və ya Kamran Quliyevin yeni qazanc fürsəti

Ruslan Abışovun Macarıstanda "Uypeşt”lə görüşə çıxması böyük risk imiş. Kapitanı qorumaq əvəzinə onu ən azı 6 aylıq futboldan kənar qoyan klub rəhbərliyi indi fürsətdən maksimum yararlanıb, yeni müdafiəçi almaq istəyir. Çünki real qiymətindən bir neçə dəfə baha məbləğə müqavilə imzalanan Braliçin səviyyəsi bəllidi.

Yaxşı, Braliçi bildik, bəs əsas heyət üçün çoxdan yetişmiş Ömər Buludov? İllərdi şansını gözləyən 21 yaşlılardan ibarət millimizin əsas müdafiəçisi Elvin Sərkərov? Axı bu futbolçuların yetişməsi üçün "Neftçi"də uzun illər əziyyət və xərc çəkilib! 

Əvəzedici komandanın istedadlı müdafiəçisi Rəhman Daşdəmirov haqda isə çox güman nə "dahi" prezident Kamran Quliyevin, nə də "700 minlik" Roberto Bordinlə köməkçilərinin xəbəri var. Əks təqdirdə, Ruslanın zədəsindən sonra ona, Namiq Ələsgərovun zədəsindən və Macarıstanda yarımmüdafiənin bərbadlığı anlaşılandan sonra əvəzedici heyətin lideri Qədir Bayramova, Azərbaycan futbolunun ən böyük istedadlarından Mehman Məsimova, heç bir keyfiyyətinə görə Namiqdən geri qalmayan cinah yarımmüdafiəçisi İsmayıl Zülfüqarlıya heç olmasa əsas komanda ilə məşq etmək şansı verilərdi...

Amma "Neftçi"nin öz yetirmələrinin parlayıb əsas komandada möhkəmlənməsi kimlərəsə sərf etmir. Çünki o zaman kənardan transfer edib cibləri doldurmaq imkanları məhdudlaşacaq. Təsadüfi deyil ki, ötən il komandanın ən yaxşı hücumçusu olan Mirabdulla Abbasov ehtiyata göndərilib. Braliç, Bordin və köməkçisi kimi, real qiymətindən xeyli baha qiymətə müqavilə imzalanan Karikari "Neftçi"nin öz yetirməsi Mirabdulladan zəifdi. Ən əsası isə qolçuluq keyfiyyətləri, qoy duyumu Abbasovda ondan qat-qat güclüdü. Amma yaxın gələcəkdə milli komandamızın da əsas simalarına çevriləcək potensialları olan Abbasov, Buludov, Məsimov, Daşdəmirov, Bayramlı, Zülfüqarlı kimi futbolçuların oynayıb, təcrübə, praktika qazanıb həm klubu, həm milli üçün fayda verməsi kimləri isə şəxsi qazancından edəcək. 

Yeri gəlmişkən, adı çəkilənlərdən başqa "Neftçi" futbol akademiyasında tədricən əsas heyətlə məşqlərə cəlb olunmalı başqa istedadlı müdafiəçilər də kifayət qədərdi. Məsələn, Mahir Həsənov, Mehmet Ali Serin, Mirəli Əhmədov və başqaları. Rəhman Daşdəmirovdan Mahir Həsənova bu müdafiəçilərin hər biri Braliçdən daha güclü və istedadlıdı!  Amma nə olsun... 

Hər zaman bir futbolçu konveyeri sayılan, Anatoli Banişevskidən Araz Abdullayevəcən ölkənin ən tanınmış oyunçularını yetişdirmiş "Neftçi" indi braliçlərin, paratskilərin, darioların, karikarilərin, axundovların, eyubovların ümidinə qalıb. 

Kamran Quliyev klubun gələcəyini düşünsə, onda kim yeni braliçlər almaqla "Neftçi"nin büdcəsini dağıdıb, öz cibini dolduracaq?!  

Təəssüf ki, Ümummilli lider Heydər Əliyevin daim diqqət mərkəzində saxladığı və sovet hakimiyyətinin aşağı dəstəyə göndərməsinə imkan vermədiyi, ölkəmizin və "Neftçi" tarixinin fəxri Aqil Paşayevin dağılmaqdan, müflislikdən qoruduğu və şəxsən rəhbərlik etdiyi komanda indi hansısa "dahi”nin, hansı xidmətlərinə görə belə bir klubda önəmli vəzifə verildiyi bilinməyən prezidentin qazanc yerinə çevrilib. Heyf, çox heyf...

Futbolumuzun əbədi dəyərinin, flaqmanının ən müxtəlif yaşlarda olan minlərlə sadiq azarkeşinin səmimi sevgisinə yazıq...

Mənbə: Apasport.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

Facebookdan bizi izləməyi unutmayın.
X