Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ" və BATE arasında keçiriləcək oyunların vaxtı açıqlanıb.
Fanat.Az klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, komandalar arasında ilk görüş avqustun 7-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda olacaq və 21.00-da başlayacaq.
Cavab matçı isə 1 həftə sonra – ayın 14-də "Borisov Arena”da keçiriləcək. Həmin oyun da Bakı vaxtı ilə 21.00-da start götürəcək.
Qeyd edək ki, "Qarabağ” ikinci təsnifat mərhələsində Albaniya "Kukesi”sini, BATE isə Finlandiyanın HİK klubunu mübarizədən kənarlaşdırıb.
Fanat.Az