Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin üzvü Ozancan Kökcü "Bursaspor”dan ayrılıb.
Fanat.Az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi Türkiyənin 1-ci liqasında çıxış edən "Girəsunspor”a keçib. Ozancan yeni klubu ilə 3 illik müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Ozancan Kökcü ötən il "Feyenoord"dan "Bursaspor"a keçmişdi.
Fanat.Az