Avqustun 7-də Tofiq Bəhramov adına Respublika stadionundabaş tutacaq "Qarabağ” – BATE oyununu idarə edəcək hakimlər briqadası açıqlanıb.
Fanat.Az xəbər verir ki, təmsilçimizin Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki ilk matçında ədaləti isveçlilər qoruyacaq.
Referi Andreas Ekberqə Mehmet Kulum və Stefan Hallberq yardım edəcək. Kristofer Karlsson isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Oyunun start fiti saat 21:00-da səsləndiriləcək.
Fanat.Az