"Qarabağ” – BATE oyununa bilet satışı davam edir.
Fanat.Az-ın məlumatına görə, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk qarşılaşmasına maraq böyükdü.
Avqustun 7-də 31200 azarkeş tutumuna malik "Tofiq Bəhramov”da baş tutacaq oyuna 8500 bilet satılıb. Nəzərə alsaq ki, yerli futbolsevərlərin çoxu hələ də son gündə bilet almaq mərəzindən qurtulmayıb, 21:00-da start fiti veriləcək matçda anşlaq gözləməyə dəyər.
Fanat.Az