Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ” – BATE (Belarus) oyununa bilet satışı davam edir.
Fanat.Az xəbər verir ki, bu gün saat 12.00-a qədər 13 min bilet satılıb.
Qeyd edək ki, "Qarabağ” – BATE matçı avqustun 7-i, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Oyuna biletləri stadionun kassaları, "Qarabağ”ın Park Bulvardakı rəsmi fan shopu, 28 Mall, eləcə də itichket.az saytından onlayn vasitəsi ilə almaq olar.
Fanat.Az