12:12 09.08.2018 7281

"CBC Sport"un yayım problemi necə həll olunacaq? - AÇIQLAMA

Bu mövsümdən etibarən UEFA Çempionlar Liqası, Avopa Liqası, UEFA Millətlər Liqası, 2020-ci il Avropa çempionatının, 2022-ci dünya çempionatının seçmə mərhələsinin və İspaniya La Liqasının oyunları "CBC Sport"la yayımlanacaq. İdman kanalı həmçinin Azərbaycan Premyer Liqasınının yayımçısıdır.

Amma məlum olduğu kimi, bölgələrdə "CBC Sport"un yayımı ilə bağlı bəzi problemlər var. Kanalın Çempionlar Liqasının və Avropa Liqasının yayım hüququnu almasından sonra sosial media istifadəçiləri narazılıqlarını daha qabarıq şəkildə dilə gətirməyə başlayıb. Belə ki, HD yayım xidməti göstərən kanalı SD yayımı üçün nəzərdə tutulan peyk antenaları vasitəsi ilə izləmək mümkün deyil. Bundan başqa rayonlarda fəaliyyət göstərən əksər kafe və restoranlarda peyk antenaları yoxdur ki, bu da ictimai iaşə obyektlərində futbolu izləmək istəyənlər üçün ciddi problemlər yaradır.

Bəs "CBC Sport" problemin aradan qaldırılması üçün hansı addımları atmağı planlaşdırır? Bu sualla müraciət etdiyimiz kanalın baş redaktoru Şəmsəddin Abbasov Fanat.Az-a açıqlamasında bildirdi ki, məqsədləri tamaşaçılara yüksək keyfiyyətli yayım təqdim etməkdir:



"CBC Sport" HD formatında yayımlanır. Bu ən müasir yayım formasıdır. Bizim məqsədimiz tamaşaçıya yüksək keyfiyyətli məhsul təqdim etməkdir. Artıq bütün dünya telekanalları bu formata keçir. Həmçinin Türkiyə telekanalları da HD yayımına başlayır. "CBC Sport" ölkənin 95 faizində yayımlanır və heç bir problem yoxdur. SD yayım üçün nəzərdə tutulmuş aparatlarda problem ola bilər. Amma bu böyük problem deyil, 10-15 manat xərclə həll oluna bilər. Düşünmürəm ki, kiminsə bu problemi həll etməyə maddi imkanı çatmasın. Artıq XXI əsrdə yaşayırıq, müasir dünya ilə ayaqlaşmağa çalışırıq. Daha keyfiyyətli yayım izləmək üçün 10-15 manat xərcləyib problemi aradan qaldırmaq olar".

Bu problem kanalın tamaşaçı itirməsinə səbəb ola bilərmi? Şəmsəddin Abbasovun fikrincə, heç bir problem olmayacaq:

"Qeyd etdiyim kimi, bunu həll etmək böyük maddi xərc tələb etmir. Bir misal çəkim. Bakıya müasir, kondinsonerli avtobular gətirilir, marşrutlar kart sisteminə keçir. Amma bəziləri bundan narazılıq edir, köhnə sistemə qayıtmağı istəyir. Sizcə hansı yaxşıdır? Kondinsonerli, rahat marşrut avtobusları təbii ki, köhnələrdən daha yaxşı, daha keyfiyyətlidir. HD yayımı ilə SD yayımı arasındakı fərq də budur. İnanıram ki, tamaşaçılarla bağlı heç bir problem olmayacaq və futbolsevərlər daha keyfiyyətli yayım izləyə biləcəklər".

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2025
00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:33

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

16:09

Bu gün Azərbaycan millisi Bosniya və Herseqovina ilə üz-üzə gələcək

15:50

"Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir" - Keyta

15:31

"Fənərbağça" PSJ-yə rəsmi təklif göndərdi - MƏBLƏĞ

15:13

"Çərşənbə axşamı yeni komandam bilinəcək"

14:54

"Bu məqam "Sele" ilə matçda "Sabah"a problem yarada bilər" - Azər Bağırov

14:36

Üç hücumçusu zədələnən "Əl-Hilal" bombardiri icarəyə götürdü

14:19

Kamerunlu yarımmüdafiəçinin "Napoli"dəki taleyinə aydınlıq gəldi

14:01

"Barselona"ya keçəcəyi gözlənilən ulduz qərarını dəyişdi - RƏSMİ

13:43

"Zədəm tam sağalıb, artıq normal qaydada məşq edə bilirəm"

13:25

Bakı təmsilçisindən akademiyanı bağlayan "Qəbələ"yə təklif - AÇIQLAMA

12:53

"Qarabağ"ın Avstriyadakı bütün rəqibləri bilindi

12:35

"Çelsi"nin vingeri klublararası dünya çempionatının oyununu buraxa bilər - SƏBƏB

12:16

"Roma"nın hücumçusu İstanbul klubunda

11:58

"Bayquşlar" "ilk qaranquş" rolunda - "Sele"ni yaxından tanıyaq

11:39

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:21

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

11:03

"Qalatasaray"ın vingerini İtaliyada cərimələdilər

10:27

Azərbaycanın 3 boksçusu Dünya kubokunun yarımfinalında döyüşəcək

10:09

Madrid nəhəngi 35 yaşlı braziliyalı ilə anlaşdı

09:48

"Ciddi niyyətlərimiz və planlarımız var" - "Araz-Naxçıvan"ın baş məşqçisi ÇL-in püşkünü dəyərləndirdi

09:25

Klublararası dünya çempionatı: 1/4 final mərhələsi başlayır

09:00

"Əl-Şabab" Fatih Terimi ispaniyalı məşqçi ilə əvəzlədi

Facebookdan bizi izləməyi unutmayın.
X