"Bu oyun bizim üçün vacib idi. Çünki ilk oyundu, yeni çempionata uğurla start götürmək, qələbə qazanmağı çox istəyirdik. Bunu da meydanda gördük. İlk növbədə, futbolçularımızı bu istəyə görə təbrik edirəm. Yenilənmiş "Səbail" üzərində parlaq qələbə qazandıq".
Fanat.Az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov deyib.
Premyer Liqanın ilk turunda "Səbail"ə 3:0 hesabı ilə qalib gələn "qırmızı-qaralar"ın baş məşqçisi oyunla bağlı fikirlərini bildirib: "Səbail"də həm keyfiyyətli yerli futbolçular, milli üzvləri var, həm də səviyyəli legionerlər. Yalnız "Sabah"la yoxlama matçlarına baxmışdıq. Qol imkanlarımız çox oldu və bunun 3-nü dəyərləndirdik. Ümid edirəm ki, növbəti matçlarda daha çox fərqlənəcəyik".
Fanat.Az