"Qəbələ"nin futbolçusu Stiven Monroz ağır zədə alıb.
Fanat.Az xəbər verir ki, "Səbail"lə oyundan əvvəl məşqdə zədə alan fransalı yarımmüdafiəçinin əzələsi dartılıb. O, bu səbəbdən təxminən 1 ay yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, Stiven Monroz ötən yay transfer olunduğu "Qəbələ"nin heyətində 28 rəsmi oyun keçirərək 11 qol vurub və 3 məhsuldar ötürmə edib.
Fanat.Az