Bu gün Topaz Premyer Liqasında III tura start verilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki matç baş tutub.
Tura Qəbələdə start verilib və yerli komanda "Sumqayıt”ı qəbul edib. Oyun 1:1 hesabı ilə yekunlaşıb.
Komandalar yeni mövsümə fərqli formada başlasa da, hər ikisinin 4 xalı var və müvafiq olaraq, 2 və 3-cü pillələrdə qərarlaşıblar. "Sumqayıt" ilk, "Qəbələ" ikinci turda "Neftçi”yə uduzub. Əvəzində "qırmızı-qaralar” ilk həftə evdə "Səbail”i 3:0, sumqayıtlılar isə ikinci turda səfərdə "Sabah”ı 4:1 hesabı ilə məğlub edib.
Bu komandalar indiyə qədər milli çempionatlarda 24 dəfə qarşılaşıb. Bunlardan 16-da "Qəbələ”, cəmi 2-də "Sumqayıt” qalib gəlib. Əyalət komandası bütün matçlarda qol sevinci yaşayıb. "Gənclər şəhəri” təmsilçisi son 4 oyunda 3 xal qazana bilməyib.
Günün digər oyunu "Zirə” ilə debütant "Sabah” arasında baş tutub. Zirə Olimpiya Kompleksinin stadionu təmirdə olduğu üçün matç "Dalğa Arena”da keçirilib. Bu kollektivlər də oyuna qədər qonşu pillələrdə qərarlaşmışdı. İlk turda "Keşlə”ni bir cavabsız qolla məğlub etmiş, ardınca "Sumqayıt”a uduzan "Sabah” 5-ci pillədə idi. "Qarabağ”la oyunu təxirə salınan, evdə "Keşlə” ilə 2:2 hesabı ilə heç-heçə edən "Zirə” isə 6-cı yeri tuturdu.
Qeyd edək ki, III tura avqutsun 26-da keçiriləcək "Keşlə” - "Səbail” və "Qarabağ” – "Neftçi” görüşləri ilə yekun vurulacaq.44
Qarşılaşma "Sabah"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb və hər iki qola Marko Deviç imza atıb. Nəticədə "Sahab" 6 xalla ikinci pilləyə yüksəlib. "Zirə" isə 1 xalla 7-ci yeri tutur.
Premyer Liqa
2018/19 mövsümü
I dövrə, III tur
25 avqust
Qəbələ - Sumqayıt 1:0
Qol: Təmkin Xəlilzadə, 42-pen.
Qırmızı vərəqə: Nicat Qurbanov, 76.
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 10. Rauf Əliyev, 17. Ceyms Adeniyi, 18. İlqar Qurbanov, 28. Stiven Monroz, 33. Təmkin Xəlilzadə, 34. Urfan Abbasov (k), 88. Sabien Lilay.
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 4. Elvin Camalov, 7. Roman Hüseynov, 11. Asif Məmmədov, 21. Lalavele Atakora, 26. Faiq Hacıyev, 27. Bəhlul Mustafazadə, 32. Amin Seydiyev, 99. Abbas Ağazadə.
Baş məşqçi: Sənan Qurbanov.
Sumqayıt: 1. Mehdi Cənnətov, 2. Rail Məlikov (k), 4. Şəhriyar Əliyev, 7. Cavid Tağıyev, 10. Aleksey İsayev, 14. Bəxtiyar Həsənalızadə, 17. Nicat Qurbanov, 21. Arif Daşdəmirov, 60. Elvin Məmmədov, 74. Yusif Nəbiyev, 99. Əli Babayev.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 3. Vurğun Hüseynov, 11. Atilla Yıldırım, 18. Süleyman Əhmədov, 44. Qvanzav Maqomedov, 70. Ülvi İsgəndərov, 77. Murad Xaçayev, 97. Xəyal Nəcəfov.
Baş məşqçi: Nazim Süleymanov.
Hakimlər: Rəvan Həmzəzadə, Nahid Əliyev, Cavanşir Yusifov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Vüsal Əliyev.
Qəbələ şəhər stadionu.
Zirə - Sabah 0:2
Qollar: Marko Deviç, 2; 30.
Zirə: 1. Anar Nəzirov (k) 2. İlkin Qırtımov 3. Budaq Nəsirov 5. Adil Nağıyev 6. Vüqar Mustafayev 9. Aleksandr Dedov 10. Sadio Tounkara 11. Dilan Duventru 26. Miloş Radivoyeviç 39. Sadiq Quliyev 77. Mirsahib Abbasov.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov 8. Kamal Mirzəyev 7. Pərdis Fərcad-Azad 13. Murad Musayev 16. İbrahim Aslanlı 17. Vüsal İsgəndərli 38. İlkin Muradov 4. Müşfiq İlyasov 88. Tellur Mütəllimov 91. Bilal Həmdi 98. Aqşin Quluzadə.
Baş məşqçi: Ayxan Abbasov.
Sabah: 30. Saşa Stamenkoviç 19. Məqsəd İsayev 5. Kərim Diniyev 21. Novruz Məmmədov 13. Filip İvanoviç 33. Eltun Turabov 15. Erik Ramos 7. Vitali Kvaşuk 10. Cavid İmamverdiyev (k) 8. Elşən Abdullayev 9. Marko Deviç.
Ehtiyat oyunçular: 96. Aydın Bayramov 25. Vanderson Silva 88. Elçin Əsədov 39. Əlibəy Məmmədli 6. Vadim Abdullayev 14. Tural Qürbətov 2. Ülvi İbazadə 4. Tərzin Cahangirov 11. Elgün Nəbiyev 27. Bəxtiyar Soltanov.
Baş məşqçi: Elşad Əhmədov.
Hakimlər: Orxan Məmmədov, Vaqif Musayev, Cəmil Quliyev, Ramil Diniyev.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Füzuli Nəcəfov.
"Dalğa Arena.
№ |
Klub |
O |
Q |
H/H |
M |
T/F |
X |
1 |
Neftçi |
2 |
2 |
0 |
0 |
4:1 |
6 |
2 |
Sabah |
3 |
2 |
0 |
1 |
4:4 |
6 |
3 |
Qəbələ |
3 |
1 |
1 |
1 |
5:3 |
4 |
4 |
Sumqayıt |
3 |
1 |
1 |
1 |
5:4 |
4 |
5 |
Qarabağ |
1 |
1 |
0 |
0 |
2:0 |
3 |
6 |
Keşlə |
2 |
0 |
1 |
1 |
2:3 |
1 |
7 |
Zirə |
2 |
0 |
1 |
1 |
2:4 |
1 |
8 |
Səbail |
2 |
0 |
0 |
2 |
0:5 |
0 |
Bombardirlər |
Marko Deviç (Sabah) - 4. Mahir
Mədətov (Qarabağ) - 2. |
Fanat.Az