Almaniya II Bundesliqasında III turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Dmitri Nazarovun çıxış etdiyi "Aue” səfərdə lider "Köln”lə qarşılaşıb. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Millimizin yarımmüdafiəçisi qarşılaşmanın 78-ci dəqiqəsində meydana çıxıb.
Qeyd edək ki, "Aue” 3 turdan sonra 1 xalla 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.
Fanat.Az