22:02 26.08.2018 2074

"Səbail" qələbə qazandı, "Qarabağ" "Neftçi" ilə "sülh"ə razılaşdı

Bu gün Topaz Premyer Liqasında III tura yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq. 

Günün ilk oyununda "Keşlə" "Səbail"i qəbul edib. Meydan sahibləri bu matçadək ilk turda "Sabah"a uduzmuş, ardınca "Zirə"dən bir xal alaraq turnir cədvəlində 6-cı pilləsində qərarlaşmışdı. Qonaqlar isə aşkar autsayder mövqeyində idi. Çempionatın yeganə xal qazanmayan komandası olan "Səbail" "Qəbələ" və "Qarabağ" yenilərək "zirzəmiyə düşmüşdü".

Komandalar indiyədək çempionatda 4 dəfə qarşılaşmışdı. Bu oyunlardan 2-də "Keşlə", birində "Səbail" qələbə qazanmış, bir görüş "sülh"lə bitmişdi. Top fərqində də "Keşlə"nin üstünlüyü var idi - 3:2.
 
Kubemba ilə hesabı açan Aftandil Hacıyevin yetirmələri fasilədən sonra da bu legionerin ikinci qoluna sevinib. Oyunun sonlarına yaxın hesab arasındakı fərqi azaldan "Keşlə"nin isə daha artığına gücü çatmayıb. Qələbə sayəsində son pillə ilə vidalaşan "Səbail" məğlub etdiyi komandanı "zirzəmi"yə şərik göndərib.

Tura Azərbaycan derbisi hesab edilən "Qarabağ" - "Neftçi" görüşü ilə yekun vurulub. Bu qarşılaşmaya qədər Azərbaycan çempionatlarının ən titullu və ən çox oyun keçirmiş komandaları 72 dəfə üz-üzə gəlmişdi. Görüşlərin 27-də "Qarabağ", 19-da "Neftçi" gülən tərəf olmuşdu. Komandalar 26 dəfə meydanı "sülh"lə tərk etmişdisə, top fərqində "Qarabağ" öndə idi - 76:64.

İlk iki turda "Sumqayıt" və "Qəbələ"yə qalib gələn "Neftçi" turnir cədvəlinə başçılıq edirdisə, "Zirə" ilə oyunu təxirə salınan ağdamlılar ardınca "Səbail"dən üstün olmuşdu.
 
Məlum səbəbdən meydana eksperimental heyətlə çıxan Ağdam təmsilçisiylə bakılıların dueli yetərincə gərgin və maraqlı alınıb. Qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmanın ilk yarısında hesabı açan "ağ-qaralar" ikinci hissədə cavab qolunu "yeyərək" heç-heçəyə razılaşıb.

Qeyd edək ki, turun iki oyunu dünən keçirilib. "Sabah" "Zirə"yə 2:0 hesabı ilə qalib gəlib, "Qəbələ" - "Sumqayıt" matçında qalib müəyyənləşməyib - 2:2.

Premyer Liqa
2018/19 mövsümü
I dövrə, III tur

26 avqust

Keşlə - Səbail 1:2 
Qol: Nikola Mitroviç, 76 (pen) - Kevin Kubemba, 31; 49
Hakimlər: Ömər Paşayev, Elman Musayev, Məmmədəli Kərimov, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Hakim-inspektor: Kərim Ağayev.
"ASK Arena”.
 

Keşlə: 1. Kamran Ağayev (k), 2. Sertan Taşkın, 3. Denis Silva, 4. Slavik Alxasov, 14. Andre Klennon, 17. Samir Məsimov, 21. Herve Tçami, 22. Nikola Mitroviç, 33. Tərlan Quliyev, 90. Ebrima Sohna, 97. Elnur Cəfərov.
Ehtiyat oyunçular: 30. Davud Kərimi, 7. Vaqif Cavadov, 8. Miloş Bosançiç, 9. Amil Yunanov, 11. Bahodir Nasimov, 27. Adrian Skarlatake, 65. Cabir Əmirli, 66. Murad Qayalı, 88. Məmməd Quliyev, 93. Edvinas Girdvainis.
Baş məşqçi: Mladen Milinkoviç.

Səbail: 1. Emil Balayev, 4. Perilyo Enrike, 7. Fəhmin Muradbəyli, 8. Yevgeni Koçuk, 11. Ruslan Qurbanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 22. Edqar Paçeko, 28. Kevin Kubemba, 33. Tome Kitanovski, 99. Jarjue Maudo.

Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 50. Fərhad Vəliyev, 5. Vüqar Bəybalayev, 18. Aqşin Qurbanlı, 27. Emil Martinov, 16. İqor Korotetski, 26. Kamal Qurbanov, 21. Murtuz Abakarov, 88. Orxan Qurbanlı, 17. Elçin Rəhimli, 70. Ürfan İsmayılov, 85. Xaliq İbrahimov.

Baş məşqçi: Aftandil Hacıyev.



Qarabağ - Neftçi 1:1
Qol: İnnosent Emeqara, 71 - Kvame Karikari, 28
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Məlik Həsənov.
"Azersun Arena”.
 

Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 6. Simeon Slavçev, 7. İnnosent Emeqara, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 25. Ansi Aqolli (k), 28. Con Delarj, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov, 17. Abdullah Zubir, 55. Bədavi Hüseynov, 77. Donald Gerrye, 21. Hacıağa Hacılı, 22. Rövlan Muradov.
Baş məşqçi: Qurban Qurbanov.


Neftçi: 1. Səlahət Ağayev, 18. Tural Axundov, 21. Məhəmməd Mirzəbəyov, 25. Kiril Petrov, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov (k), 10. Dario Frederiko, 6. Qoran Paratski, 93. Soni Mustivar, 9. Baqali Dabo, 11. Kvame Karikari.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 12. Kamran İbrahimov, 28. Slavko Braliç, 77. Elvin Sərkərov, 26. Ömər Buludov, 17. Rəhman Hacıyev, 4. Rəşad Eyubov, 70. Əli Şirinov, 7. Namiq Ələsgərov, 37. Vüsal Əsgərov, 22. Mirabdulla Abbasov.
Baş məşqçi: Roberto Bordin.


 

Klub

O

Q

H/H

M

T/F

X

1

Neftçi

3

2

1

0

5:2

7

2

Sabah

3

2

0

1

4:4

6

3

Qəbələ

3

1

1

1

5:3

4

4

Sumqayıt

3

1

1

1

5:4

4

5

Qarabağ

2

1

1

0

3:1

4

6

Səbail

3

1

0

2

2:6

3

7

Keşlə

3

0

1

2

3:5

1

8

Zirə

2

0

1

1

2:4

1

Bombardirlər:

Marko Deviç (Sabah) - 4. Mahir Mədətov (Qarabağ) - 2. Kevin Kubemba (Səbail) - 2.


Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2025
17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

14:11

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

09:00

"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:58

"Transferlərlə bağlı mən qərar verirəm" - Samir Abasov

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

16:09

Bu gün Azərbaycan millisi Bosniya və Herseqovina ilə üz-üzə gələcək

Facebookdan bizi izləməyi unutmayın.
X