Ukrayna Premyer Liqasında 6-cı turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya” da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Vorskla” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb – 2:0. Paşayev bu matçda forma şansı qazanmayıb.
"Aleksandriya” 15 xalla zirvəyə şərikdi.
Fanat.Az