"Qarabağ”ın Avroliqanın pley-off mərhələsindəki rəqibi "Şerif” Bakıya sabah gələcək.
Fanat.Az-ın məlumatına görə, öz meydanında baş tutan ilk görüşdə təmsilçimizi 1:0 hesabı ilə yenən Tiraspol komandası çarter reysindən faydalanacaq.
"Qarabağ” – "Şerif” matçı avqustun 30-da "Tofiq Bəhramov”da keçiriləcək. Oyunun start fiti 21:00-da veriləcək.
Fanat.Az