"İlk matçdakı nəticə qrupa düşmək üçün bizə şans verir. Çətin olacaq. "Qarabağ”ın güclü olduğunu başa düşürük. Evdə oynayırlar. Rəqib topa nəzarət etməyi xoşlayır. Lakin bizim də ilk oyunla müqayisədə daha yaxşı çıxış edəcəyimizi düşünürəm. Komandamız fiziki cəhətdən daha yaxşı vəziyyətdədi. Rəqibimizi də öyrənmişik”.
Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ”la Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl keçirilən mətbuat konfransında Moldovanın "Şerif” klubunun baş məşqçisi Qoran Sabliç deyib.
Rəqib çalışdırıcı sabahkı oyunda hansı atmosferin olacağını bildiklərini qeyd edib: "Stadion tam dolacaq, azarkeşlər doğma komandalarını yaxşı dəstəkləyəcək. Ancaq düşünmürəm ki, bu, başlıca rol oynayacaq. Hər iki komanda belə atmosferə öyrəşib. Bizim üçün başlıcası, tapşırıqları yerinə yetirrmək, düşündüyümüzü meydanda həyata keçirməkdi. Bəli, asan olmayacaq. Ancaq qrupa düşməyə böyük şansımız var. Sabah maraqlı qarşılaşma olacaq".
Sabliç "Qarabağ"a qarşı açıq futbol oynamayacaqlarını vurulayıb: "Ötən il Çempionlar Liqasında oynamış, özünü parlaq göstərmiş komandaya qarşı çıxış edəcəyik. Ona görə başa düşürük ki, "Qarabağ"a qarşı tam açıq oynaya bilmərik. Eyni zamanda rəqib də bizi tam müdafiə olunmağa məcbur edə bilməz. Oyunun gedişində necə lazım olacaq, elə də oynayacağlq. Üstün keyfiyyətlərimizi göstərməyə çalışacağıq. Hər bir rəqibin güclü və zəif tərəfləri var. "Qarabağ"ı yaxşı təhlil etmişik".
"Şerif"in baş məşqçisi ötən mövsüm bu komandanı çalışdırmış, hazırda "Neftçi"yə başçılıq edən Roberto Bordindən məsləhət almadığını deyib: "Buna ehtiyac yoxdu. "Qarabağ”ın oyunlarına baxmışıq, bu, bizə kifayət edir. Bir neçə futbolçu dəyişsə də, komandada məşqçi əli hiss olunur".
Fanat.Az