"Bizi çox çətin oyun gözləyir. İlk matçda yaxşı nəticə qazanmışıq. Növbəti mərhələyə yüksəlmək şansımız var. Sonuncu 90 dəqiqəyə çıxacağıq. Birinci görüşdəki kimi oynamağa çalışacağıq”.
Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ”la Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl keçirilən mətbuat konfransında Moldovanın "Şerif” klubunun kapitanı Mateo Suşiç deyib.
Ötən mövsüm də "Qarabağ"a qarşı oynayan 27 yaşlı bosniyalı müdafiəçi bildirib ki, "Qarabağ”ın heyətində dəyişikliklər olub: "Komanda dəyişilib. Yeni futbolçular var və hələ tam uyğunlaşmayıblar. Onlar daha çox fərdi oyuna üstünlük verirlər. Bu üzdən "Qarabağ"ın komanda şəklində oyunu tam alınmır. Ancaq topa sahib olmada rəqibin üstünülüyü yenə göz önündədi".
Suşiç "Qarabağ"da heç kimi xüsusi fərqləndirməyib: "Bir neçə fərdi oyun keyfiyyətləri ilə seçilən futbolçu var. Ancaq kimisə xüsusi fərlqəndirməzdim. İlk oyunda meydanda olmayan İnnosent Emeqaranı qeyd edərdim. Əsas öz futbolumuzu oynamaqdı və çalışacağıq ki, mərhələni keçən tərəf biz olaq. "Qarabağ"da bir yox, bir neçə texnikalı futbolçu var".
Fanat.Az