12:02 31.08.2018 1575

Rəşad Sadıqov: \"PSV-dən 6 qol buraxıb qrupa düşməkdənsə...\"

Avroliqanın pley-off mərhələsinin cavab matçında"Şerif”i 3:0 hesabı ilə yenərək qrupa düşəm "Qarabağ”ın kapitanı Rəşad Sadıqov jurnalistlər önünə çıxıb. Fanat.Az-ın məlumatına görə, təcrübəli müdafiəçi bir sıra məqamlara aydınlıq gətirib.


 

-Bu oyuna qədər haqqında müxtəlif fikirlər səsləndirilirdi. Artıq sakitləşmək olar?
-Oyundan öncə hər şey tam başqa idi. Açığı, təzyiq var idi. Deyərdim ki, "Qarabağ” bu mövsüm ən yaxşı oyununu sərgilədi. Komanda istər topla, istərsə də topsuz yaxşı oynadı. 60 dəqiqə rəqibdən üstün oynadıq. Vurduğumuz 3-cü qoldan sonra "Şerif" hücumlarının sayını artırdı. Təbii, biz də daha ehtiyatlı oynamağa başladıq və istədiyimiz nəticəni qazandıq.

 

-Standart vəziyyətlər zamanı irəliyə gedirdin. Qol vuraraq kimlərəsə cavab vermək istəyirdin?
-Bu gün qol vurub və ya vurmamağım zərrə qədər önəmli deyildi. Əsas "Qarabağ” növbəti dəfə qrupa düşməsiydi.

 

-Qara Qarayev jurnalistlərə açıqlamasında oyun gününə kimi az bilet satılmasının futbolçulara pis təsir etdiyini söylədi. Bu, bütün komandaya təsir edib?
-Oyundan öncə belə bir kiçik müzakirəmiz olub. Bu gün tribunada hansısa yerdə boşluqların olduğunu hiss etmədik. Azarkeşlərimiz də bizi çox yaxşı dəstəklədilər. İlk dəqiqədən dəstəyi hiss etdik. Mən və komanda yoldaşlarım üzərimizdə olan təzyiqi atdıq və oyuna köklənib yaxşı nəticə əldə edə bildik. Qələbəmizdə azarkeşlərin rolu böyükdü.


-Bəzi azarkeşlər və jurnalistlər belə, karyeranı başa vurmağını istəyir. Necə düşünürsən, onlar bunu niyə istəyirlər?
-Bu elə bir məsələdir ki, bunun ətrafında çox müzakirə aparmaq və danışmaq olar. Bu gün ancaq pozitiv şeylərdən danışmaq istəyirəm. Çox xoşbəxtəm ki, "Qarabağ” 5-ci dəfə avrokubokların qrupundadı. Bu gün "Qarabağ”ın kapitanıyam. Burada ciddi işlər görülür. İş olan yerdə səhvlər olacaq. İldən-ilə rəqiblər bizə qarşı fərqli oynayır. Səhvlər varsa, tənqid olacaq. Hər şeyi normal qarşılayıram. Biz də çalışırıq ki, tənqidlərdən nəticə çıxaraq. BATE ilə oyunlardakı səhvlər yaşla bağlı deyil. Onları 20 və 18 yaşımda da eləmişəm. Həmişə öz oyun üslübum olub. Mənim özləlliklərimdən biri topla oynamaqdır. Bu gün həmin oyun üslübundan kənara çəkilsəm, komanda üçün lazımsız fiqura çeviriləcəm. Bu gün də topla oynadığım epizodlar oldu. Topu itirə də bilərdim. Onu demək istəyirəm ki, həmin səhvlər yaşla bağlı deyil. 36 yaşım var. Dərindən analiz olunsa, bəlkə də bu il avrokuboklarda keçirdiyim oyunlar əvvəlki illərdəkindən daha yaxşı alınıb. Sadəcə, bir az şanssızlıqlar oldu, buraxdığım səhvlər qolla nəticələndi. Həmin qollar da "Qarabağ”ın taleyinə təsir etdi. Mən hamının fikrini anlayışla qarşılayıram. İlk növbədə özümü qınayırdım. Düşünürdüm ki, ötürməni başqa yerə versəm olmazdımı? Olan olmuşdu. Bu gün isə qələbə qazanmaq bizim üçün çox vacib idi. PSV-dən 6 qol buraxıb Avropa Liqasına düşməkdənsə, möhtəşəm qələbə qazanıb qrupda oynamaq mənim üçün daha xoşdu. Avropa Liqasının qrupuna müsbət ab-hava ilə giririk. BATE PSV ilə ilk oyundakı məğlubiyyətdən sonra səfərdə məyus idi.


 

-Son vaxtlar "Qarabağ"ı Avropa Liqasının qrupunda görmək azarkeşlər və jurnalistlər üçün adiləşib. Sonrakı hədəf nədi?

-Bizim əsas problemimiz odur ki, hər şey ildən-ilə adiləşir. Rəqiblər də fərqli oyun sərgiləyirlər. "Şerif” ötən mövsüm qrup mərhələsində xallar toplayıb. Biz onu analiz etmirik. Deyirik ki, bu komandanı mütləq keçməliyik. Rəqibləri düzgün analiz etmək lazmdır. BATE son illər daimi olaraq Çempionlar Liqası və Avropa Liqasında çıxış edən komandadı. Rəqibləri qiymətləndirmirik. Qrup mərhələsində də çalışacağıq və əlimizdən gələni edək. İndidən nəsə demək çox çətindi.

 

 

-Belə söz-söhbətlər var ki, Rəşad Sadıqovun BATE ilə oyundakı səhvləri olmasaydı, o artıq Azərbaycan milli komandasına qayıda bilərdi.
-Mənim milliyə qayıtmamağım bu səhvlərlə bağlı bir şey deyil. Qurban müəllimlə aramızda söhbət də olub. Ruslan Abışov zədələnəndən sonra da danışdıq. Millidə mərkəz müdafiəçisi var. Mən sözümün arxasındayam.


 

-Mərkəz müdafiəçiləri o problemi aradan qaldıra biləcəkmi?
-Düşünürəm ki, alınar. Azarkeşlər də dəstək olacaq. Bir də problem ondadır ki, 3 gündə 2 oyun olacaq. 3 gündə iki oyuna çıxmaq çətin olacaq.


 

-"Qarabağ” "Şerif” səddini keçə bilməsə karyeranı başa vurmaq barədə düşünürdün?
-Oyundan öncə çox şey fikirləşmirdim. Çalışırdım ki, az düşünüm. Çünki oyuna köklənmişdim. Mənim işim meydanda oynamaqdı. "Qarabağ”ın kapitanıyam. Kiminsə fikirlərinə də reaksiya vermirəm. Belə şeylər haqda fikirləşməyə vaxtım yoxdu.


 

-Qrup mərhələsində BATE ilə yenidən qarşlaşmaq istərdin?
-Xeyr. BATE bizim üçün narahat rəqibdi. İki oyunda da onlara qarşı yaxşı oynadıq. Evdəki oyunda ilk 20 dəqiqəni pis başladıq. Hər iki oyunda onlardan üstün idik. Sadəcə, bizim üçün narahat rəqibdi. Biz topla oynamağı sevən komandayıq. Hücuma komanda şəklində çıxırıq. Bizi əks-hücumda yaxalamaq asandı. BATE-nin isə ən güclü tərəfi əks-hücumlarda oynamaqdı. Şəxsən onlarla qarşılaşmaq istəmərəm.


 

-Türkiyənin "Fənərbaxça” və "Beşiktaş” klubarı ilə oynamaq necə?
-Kim düşürsə düşsün. Mən Qurban müəllimi təbrik etmək istəyirəm. Rəqib oyundan öncə çox danışırdı ki, qarşı tərəfi yaxşı təhlil etmişik. Birinci matçda bizi yaxşı analiz etmişdilər. Çox şey alınmırdı. Qurban müəllim bizim oyunumuzu dəyişdi. Böyük riskə getdi. Bu dəyişikliklər uğurlu alındı. Komandanın futbolçusu kimi onu ürəkdən təbrik edirəm.


 

-Bu dəyişiklikləri qrup mərhələsində də həyata keçirib rəqibləri təəccübləndirmək olarmı?

-Oyun rəqibə görə dəyişir. 


 

- Əvvəllər "Yanq Boyz” və "Göteborq”u da bu hesabla məğlub etmisiz. Amma "Qarabağ”ı bu qədər sevincli görməmişdik...
- Qurban müəllim elə məhz bu oyunların videolarını bizə göstərmişdi. Qismətdən elə oldu ki, yenə 3:0 hesablı qələbə qazandıq. Qurban müəllim həmin oyunlarda da problemlərimizin olduğunu dedi. Çox istəkli çıxmışdıq. "Neftçi” ilə oyundan da görünürdü ki, "Şerif”lə mübarizəyə hazırıq, səfərdə 0:1 hesabıyla uduzduğumuz rəqibə vaxtından əvvəl təslim olmamışıq.

 

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

09:00

"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

Facebookdan bizi izləməyi unutmayın.
X