Milli komandanın oyunları ilə əlaqədar yaranmış fasilədən faydalanan"Sabah”la "Sumqayıt” bu gün yoldaşlıq görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, "Əlincə Arena”da keçirilən matçın 38-ci dəqiqəsində hesabı Tural Qürbətovla bakılılar açıb. Sona yaxın isə "kimyaçılar” vəziyyəti dəyişərək zəfəri rəsmiləşdirib.
80-ci dəqiqədə Nicat Qurbanov tarazlığı bərpa edibsə, 84-də Filip İvanoviç avtoqolla yadda qalıb. Beləliklə, Bakı təmsilçisi yenilgiyə üzülüb -1:2.
Fanat.Az