Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və AFFA-nın prezidenti Rövnəq Abdullayev SOCAR-ın Azərikimya İB-nin balansında olan "Sumqayıt”ın idman bazasında yeni meydançaların inşası işləri ilə tanış olub.
Fanat.Az xəbər verir ki, əvvəllər 1 süni örtüklü meydançanın mövcud olduğu ərazidə hazırda AFFA-nın dəstəyi ilə 2 təbii örtüklü, 1 süni örtüklü və 2 mini futbol meydançası inşa edilməkdədi.
Görülən işlərlə yerində tanış olan Rövnəq Abdullayev müvafiq tövsiyə və tapşırıqlarını verib.
Fanat.Az