Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqada yaranmış fasilədən istifadə edən "Qəbələ” növbəti yoxlama oyununu keçirib.
Fanat.Az xəbər verir ki, "qırmızı-qaralar” "Zirə” ilə üz-üzə gəlib. Bu matçda Sənan Qurbanovun komandası 0:2 hesabı ilə uduzub.
Qəbələ - Zirə 0:2
Qollar: Adrian Skarlatake, 31. Vüsal İsgəndərli, 40.
Qeyd edək ki, "Qəbələ" bundan əvvəl yoxlama görüşündə birinci divizion təmsilçisi MOİK-ə 4 cavabsız qolla qalib gəlmişdi.
Fanat.Az