Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən "Sumqayıt” yoxlama görüşündə qüvvəsini sınayıb.
Fanat.Az xəbər verir ki, Nazim Süleymanovun komandası Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər stadionunda MOİK-lə qarşılaşıb.
Oyun "Sumqayıt”ın 5:0 hesablı qələbəsi ilə nəticələnib. Əfran İsmayılovun dubl etdiyi matçda Atilla Yıldırım, Arif Daşdəmirov və Murad Xaçayev hərəyə bir dəfə rəqib qapısına yol tapıb.
Fanat.Az