Nurlan Novruzovun çıxış etdiyi "Dersim 62 Spor" klubu Türkiyə Kubokunda II turun oyununu keçirib.
Fanat.Az xəbər verir ki, futbolçumuzun komandası "Karaköprü Belediyespor"la üz-üzə gəlib. Matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda rəqibini 3:2 hesabı ilə üstələyən "Dersim 62 Spor" növbəti mərhələyə vəsiqə qazanıb.
Nurlan Novruzov matça start heyətdə başlayıb. 25 yaşlı hücumçu komandasının ilk qoluna imza atıb. O, 38-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Qeyd edək ki, Nurlan Novruzov Türkiyə Kubokunun ilk turunda "Karlıova Yıldırımspor"u 4:1 hesabı ilə məğlub etdikləri oyunda da 2 qol vurub. Ötən mövsüm "Səbail"in formasını geyinən forvard yay transfer pəncərəsində azad agent kimi Türkiyə klubuna keçib.
Fanat.Az