"Qəbələ”nin yarımmüdafiəçisi Lalavele Atakora Toqo millisində növbəti matçına çıxıb.
Fanat.Az xəbər verir ki, bölgə təmsilçisinin üzvü Afrika Millətlər Kubokunun seçmə mərhələsinin D qrupunun 2-ci turunda iş başında olub.
Toqo Benini qəbul edib və matç 0:0 hesabı ilə bitib.İlk dəqiqələrdən meydanda olan Atakora 90 dəqiqə top qovub. Orta xətt oyunçusu qarşılaşmanın 43-cü dəqiqəsində "sarı” görüb.
Qeyd edək ki, bu Toqonun qazandığı ilk xal olub.
Fanat.Az