11:42 14.09.2018 1500

UEFA \"Sportinq\" - \"Qarabağ\" oyunu ilə bağlı statistik məlumatları açıqladı

UEFA-nın rəsmi saytı Avropa Liqasının qrup mərhələsinin I turunda "Qarabağ” komandasının Portuqaliyada "Sportinq”ə qarşı keçirəcəyi oyunla bağlı statistik məlumatları açıqlayıb. 

Yazıda sentyabrın 20-də Lissabondakı "Joze Alvalade” stadionunda baş tutacaq görüşün Portuqaliya və Azərbaycan klublarının ilk dueli kimi tarixə düşəcəyi vurğulanıb. Bildirilir ki, "Sportinq” 2018/2019 avrokubok mövsümündə debüt matçına çıxacaq, mübarizəyə Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsindən başlayan "Qarabağ” isə qrupa düşənə qədər 8 oyun keçirib.

"Sportinq”

- "Sportinq” 2017/18 mövsümündə Portuqaliya çempionatında 3-cü yeri tutaraq, Avropa Liqasına vəsiqə qazanıb. Üstəlik, sonuncu Avropa Liqasının 1/4 finalçısı olan lissabonlular ölkə kubokunun finalında "Aviş”ə uduzub – 1:2.

- Portuqaliya təmsilçisi turnir Avropa Liqası adlanandan bəri – 2009/2010 mövsümündən daimi iştirakçıya çevrilib. Son 7 yarışa qatılan komanda bunlardan 5-də qrup mərhələsində çıxış edib. Lissabonlular 2011/2012 mövsümündə bütün ev oyunlarında qalib gələrək, yarımfinalçı olublar. Burada isə İspaniya təmsilçisi "Atletik”lə bacarmayıb – 2:1, 1:3. "Şirlər”in yolunu ötən mövsümdə də İspaniya klubu – bu dəfə "Atletiko” kəsib - 0:2, 1:0.

- "Sportinq” Avropa Liqasının qrup mərhələsində yalnız bir dəfə evdə uduzub. Komanda 2015/2016 mövsümündə Rusiya "Lokomotiv”inə 1:3 hesabı ilə yenilib. Portuqaliya təmsilçisi Avropa Liqasında evdə keçirdiyi oyunlardan 10-da qalib gəlib, 4 dəfə heç-heçə edib və 1 matçda uduzub.

"Qarabağ”

- 2017/18 mövsümündə ardıcıl 5-ci dəfə Azərbaycan çempionu olan "Qarabağ” bütün hallarda avrokubokların qrup mərhələsində iştirak edib. Üç dəfə bu yarışda qüvvəsini sınayan Ağdam təmsilçisi, ötən mövsüm ÇL-in qrupuna düşən ilk Azərbaycan klubu olub. Bu dəfə isə "köhlən atlar”ın qitənin ən nüfuzlu klub turnirində yolunu Belarus BATE-si kəsib – 0:1, 1:1. Əvəzində Avropa Liqasının pley-off mərhələsində Moldovanın "Şerif” komandasından iki oyunun nəticəsində güclü olan (0:1, 3:0) "Qarabağ” qrupa vəsiqə qazanıb.

- Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv avrokuboklarda heç vaxt qrupdan çıxa bilməyib. Komanda 9 səfər oyunundan yalnız 2-də qalib gəlib. "Qarabağ” Ukraynanın "Dnepr” (2014/2015) və Yunanıstanın PAOK (2016/2017) komandalarını 1:0 hesabı ilə məğlub edib.

- "Qarabağ” cari avrokubok mövsümündə səfərdə yalnız 2 qol vursa da, yalnız "Şerif”ə uduzub.

Komandalar arasında əlaqə

- "Qarabağ”ın futbolçusu Simeon Slavçev 2014 - 2018-ci illərdə müqavilə üzrə "Sportinq”ə məxsus olub. Lakin bolqarıstanlı yarımmüdafiəçi Lissabon təmsilçisinin əsas komandasına qarşı oyun keçirməyib və əsasən icarəyə verilib.

- "Qarabağ”ın polşalı müdafiəçisi Yakub Jezniçak kapitanı olduğu "Legia”nın heyətində "Sportinq”ə qarşı yarısı 1/16 finalda (2011/2012), yarısı isə qrup mərhələsində (2016/2017) olmaqla, 4 oyuna çıxıb.

- "Sportinq”in hücumçusu Lük Kastanyos Hollandiyanın "Tvente” komandasının heyətində "Qarabağ”a qarşı oynayıb. Hollandiyalı forvard Avropa Liqasının 2014/2015 mövsümünün pley-off mərhələsinin cavab oyununda Ağdam təmsilçisinə qol da vurub. O, evdəki görüşdə hesabı açsa da, matç 1:1 hesabı ilə yekunlaşıb və evdə qolsuz heç-heçə edən "köhlən atlar” ilk dəfə qrupa düşüblər.

Baş məşqçilər

- 2004/2005 mövsümündə "Sportinq”i UEFA Kubokunun finalına çıxaran Joze Pezeyru bu ilin yayından yenidən komandanın sükanı arxasına keçib. 58 yaşlı portuqaliyalı mütəxəssis İspaniyanın "Real Madrid” komandasında sabiq baş məşqçi Karluş Keyruşun köməkçisi olub, Avropanın və Yaxın Şərqin bir sıra komandasına rəhbərlik edib. Həmçinin, o, Səudiyyə Ərəbistanı yığmasının baş məşqçisi olub. Pezeyru sonuncu dəfə 2016/2017 mövsümündə "Braqa”da işləyib.

- Qurban Qurbanov Azərbaycan millisinin ən yaxşı bombardiridir. O, 64 matça 12 qol vurub. Futbolçu karyerasında çoxlu sayda klub dəyişən 46 yaşlı mütəxəssis məşqçi işində "Qarabağ”da lövbər salıb. Qurbanov bu ilin avqustunda Ağdam komandasının sükanı arxasında 10 illiyini qeyd edib. Qurbanov bu müddətdə ardıcıl 5 dəfə ölkə çempionu olub və 4 dəfə Azərbaycan Kubokunu götürüb. O, 2017-ci ilin noyabrından paralel olaraq Azərbaycan millisinə də rəhbərlik edir. (Report)

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:52

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

Facebookdan bizi izləməyi unutmayın.
X