unanıstanın "Panionios” klubu ilə müqavilə imzalayandan sonra yollarını ayıran Araz Abdullayev bu addımın səbəbini açıqlamayıb.
Fanat.Az xəbər verir ki, "Sumqayıt"la oyundan sonra jurnalistlərin suallarını cavablandıran futbolçu bunları deyib: "Məşqə çıxdıq. Klubla danışdıq ki, müqaviləni pozmaq lazımdır. Bunu açıqlamaq istəmirəm".
O, Avstriyanın "Mattersburq” klubuna keçidininin alınmaması ilə bağlı suala da qısa cavab verib: "Klublar arasında olan danışıqlar idi. Mən oyunçuyam".
Futbolçu "Qarabağ"a gəldiyi üçün xoşbəxt olduğunu bildirib: "İndiki vəziyyətdə "Qarabağ”a gəldiyim üçün şadam. "Qarabağ” Azərbaycanın böyük klubudu. Çalışacağam ki, karyeramı daha da inkişaf etdirim".
"Sumqayıt"la oyunda "Qarabağ"ın heyətində debüt edən Araz ilk oyunu barədə danışıb: "Vacib oyun idi. "Sportinq”lə səfər görüşünə yaxşı motivasiya ilə yollanmaq üçün qalib gəlmək istəyirdik. Bir müddət idi ki, futbol oynamırdım. Düzdür, bir az ağır oldu. Oyundan-oyuna çalışacağam ki, daha yaxşı olsun".
Fanat.Az