Türkiyə 1-ci liqasında 5-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, U-21 millimizin yarımmüdafiəçisi Ozan Can Kökçünün şərəfini qoruduğu "Girəsunspor” da növbəti matçına çıxıb.
Girəsunlular "Afyonspor”u qəbul edib və 0:1hesabıyla uduzub. Bu, Ozan Canın komandasının ardıcıl ikinci yenilgisi olub.
Kökçüyə gəlincə, milli futbolçumuz 46-cı dəqiqədə meydana çıxıb.
5 tura 9 xal yığan "Girəsunspor 3-cü pillədə mövqe tutub.
Fanat.Az