14:38 15.09.2018 1880

O \"vəzir\", bu da Süleymanov - YAZI

AFFA-nın yeni yaradılan Hakim və Hakim-İnspektorlar Komitəsinin ölkə futboluna nə dərəcədə fayda verəcəyini 5 ildən sonra biləcəyik. İndidən münəccimlik etmək niyyətindən uzağıq. Ancaq komitələşmə, şuralaşma, birləşdirmə, aralama, qaralama və sair gedişlərdən fayda görmədiyimiz də faktdı. 

 

Bu gün üçün bilinən budur ki, İcraiyyə Komitəsinin iclasından və assosiasiyadakı brifinqdən sonra yığıncaq olub. "Şüşəli saray”ın baş vəziri Elxan Məmmədov yeni sədr Frits Stuxlikin qatıldığı toplantıda komitənin idarəedici heyətini müəyyənləşdirmək istəyib. 

 

Dünya praktikasına əsasən, birləşmiş komitələrdə veteran futbolçuların, məşqçilərin xidmətindən yararlanmaq yenilik deyil. Stuxlik də yavaş-yavaş formalaşan ənənədən kənara çıxmağı uyğun saymayıb.

 

Ölkə futbolunda xüsusi təqdimata ehtiyacı olmayan Tahir Süleymanov, Vüsal Əliyev, Anar Salmanov, Arif Əsədov, Vaqif Sadıqovdan ibarət tərkib formalaşdırmaq planı isə baş tutmayıb.

 

Əlbəttə, sözügedən adların yeni komitədə bir araya gətirilməsinə baş katib təkbaşına qərar verib. Yan-yörəsindəkilər də "olsun, vəziri-əzəm, olsun” deməklə kifayətlənib. Başqa sözlə, diplomatik təbəssümlə idarə olunan Azərbaycan futbolunda "ləbbeyk” növbəti dəfə işə düşüb. Fəqət, beynəlxalq dərəcəli hakim Tahir Süleymanovun uzun müddət sürən işsizlik fonunda təklifdən imtinası əvvəldən yazılmış ssenarini pozub.

 

"Neftçi”dəki uğurlu fəaliyyətini başa vuranda bəri sözünün və özünün "çəki”sini qoruyan sabiq FİFA referisi həm müdrik, həm də sözün əsl mənasında Süleymanovsayağı addımla diqqət çəkib. Stuxlikin formal komandasında say artırmağa razılaşsaydı, futbol ictimaiyyətini təəccübləndirərdi. Nüfuzunu 1000-1500 manat əməkhaqqı qarşısında xərcləmək, sıravilər cərgəsində sıralanmaq Tahir bəyin şəxsiyyətinə yaraşmazdı. 

 

Məşqçilər Komitəsinə yığdığı işsiz məşqçiləri qəpik-quruşla susduran Elxan Məmmədov açıq fikirli, yeri gələndə futbol iqtidarını çəkinmədən tənqid atəşinə tutan adamı belə desək, zərərsizləşdirməyə can atsa da, alınmayıb. Üzümüzü güldürməyən millinin, səriştəsiz rəhbərlərin sərəncamında yerində sayan klubların, böyüməyən uşaq futbolunun ana problemlərini davamlı şəkildə açıqlayan, xahişlərə, hədələrə məhəl qoymayan Tahir bəy yenə işsiz qalacaq...


Böyük potensialından faydalanmağa imkan verən, simasına və xarakterinə uyğun təklif alana qədər. Bəs sizcə ölkə futbolunda neçə belə KİŞİ var?

 

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:21

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X