Premyer Liqanın IV turunun "Səbail"lə oyununda 1:1 hesablı heç-heçəyə razılaşan "Zirə"nin baş məşqçisi Samir Abasov fikirlərini bildirib.
Fanat.Az xəbər verir ki, debüt oyununda bir xal qazanan mütəxəssis bunları deyib:
"Yeni komandamda ilk oyunum idi. Uşaqlara paltardəyişmə otağında bildirdim ki, zaman yoxdu. Əks halda çox şey itirə bilərik. Oyundan oyuna artırmalıyıq. Bugünkü görüşdə bir xeyli suala cavab tapdıq. Təəssüf ki, təlim-məşq toplanışı dövrü deyil ki, yoxlama görüşləri keçirə bilək. Əlimdəki oyunçulara uyğun modeldən istifadə edirəm. Bu gün Bilal və Dedov zədəli idilər. Bu baxımdan hücumda rotasiyalar etdik. Limitə daxil olan futbolçuların hər ikisi dayaq yarımmüdafiəçisidi. Alınmasa da, bu sistemlə oynayacağıq".
Fanat.Az