Əliyar Ağayev Avropa Liqasında daha bir oyun idarə edib.
Fanat.Az xəbər verir ki, FIFA referisi qrup mərhələsinin "Latsio" (İtaliya) - "Apollon" (Cənubi Kipr) oyununda ədaləti qoruyub.
Oyun italyanların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Əliyar Ağayev 84-cü dəqiqədə qonaqların qapısına penalti təyin edib. 11 metrlik cərimə zərbəsini Çiro İmmobile dəqiq yerinə yetirib.
Əliyar Ağayev meydan sahiblərindən 3, qonaqlardan 1 futbolçuya sarı vərəqə göstərib.
Qeyd edək ki, FIFA referisinə bu oyunda Zeynal Zeynalov və Rza Məmmədov kömək edib. Əlavə köməkçi hakimlər Rəhim Həsənov və Orxan Məmmədov olub. Dördüncü hakim funksiyasını isə Mübariz Haşımov yerinə yetirib.
Fanat.Az