"Sumqayıt”ın İsraildə doğulan futbolçusu Əli Babayev Azərbaycan millisində çıxış etmək istəyir.
Fanat.Az xəər verir ki, 27 yaşlı futbolçu bu barədə "Keşlə”yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib:
"Babam, atam və anam Azərbaycandandı, hazırda İsraildə yaşayırlar. Özümdə orada doğulmuşam. Qurban Qurbanov milliyə çağırsa, oynamaq istərəm. Onun yaxşı mütəxəssis olduğunu eşitmişəm. Dəvət olsa, oynayacağam. Yığmanın son iki oyununu görmüşəm. Çox yaxşı komandadır. Ora düşə biləcəyimi düşünürəm”.
Fanat.Az