22:51 29.09.2018 2087

"Qarabağ" 2, "Neftçi" 4 qolla qələbə qazandı

Bu gün Topaz Premyer Liqasında VI tura start verililib.

Fanat.Az xəbər verir ki, iki günü əhatə edəcək turun açılış matçı "Bakcell Areana"da baş tutub. Turnir cədvəlinin iki liderindən biri olan "Neftçi" "Səbail"i qəbul edib. Oyun "ağ-qaralar"ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Neftçi"nin heyətində Dario Federiko və Baqali Dabo dubl edib.

Bu komandalar çempionat oyunlarında 5-ci dəfə üz-üzə gəliblər. Paytaxt təmsilçilərinin son 4 oyununda "Neftçi” qalib gəlib. Topların fərqində də flaqmanın üstünlüyü var - 13:2.

"Neftçi" ilə eyni xala malik olan "Qarabağ" isə səfərdə Premyer Liqanın debütantı "Sabah"la qarşılaşıb. İlk dəfə üz-üzə gələn rəqiblərin oyununda 82 dəqiqə qol olmayıb. Bundan sonra 2 qol vuran "Qarabağ" qələbə qazanıb. Ağdam klubunun heyətində Miçel və İnnosent Emeqara fərqlənib.

Qeyd edək ki, turun digər iki matçı isə sabah keçiriləcək. "Qəbələ" doğma meydanda "Keşlə", "Sumqayıt" "Zirə" ilə qarşılaşacaq.
 
Premyer Liqa
2018/19 mövsümü
I dövrə, VI tur

29 sentyabr
Neftçi - Səbail 4:0
Qollar: Dario Federiko, 7; 42. Baqali Dabo, 25; 69.
Neftçi: 1. Səlahət Ağayev, 18. Tural Axundov, 21. Məhəmməd Mirzəbəyov, 25. Kiril Petrov, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov (k), 10. Dario Federiko, 93. Soni Mustivar, 6. Qoran Paratski, 9. Baqali Dabo, 22. Mirabdulla Abbasov.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 12. Kamran İbrahimov, 28. Slavko Braliç, 77. Elvin Sərkərov, 26. Ömər Buludov, 33. Ricat Qarayev, 4. Rəşad Eyubov, 70. Əli Şirinov, 7. Namiq Ələsgərov, 17. Rəhman Hacıyev, 37. Vüsal Əsgərov, 11. Kvame Karikari.
Məşqçi: Fizuli Məmmədov.
Səbail: 1. Emil Balayev, 4. Perilyo Enrike, 7. Fəhmin Muradbəyli, 8. Yevgeni Koçuk, 10. Ağabala Ramazanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 22. Edqar Paçeko, 26. Kamal Qurbanov, 28. Kevin Kubemba, 99. Jarjue Maudo.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 50. Fərhad Vəliyev, 33. Tome Kitanovski, 16. İqor Korotetski, 27. Emil Martinov, 5. Vüqar Bəybalayev, 11. Ruslan Qurbanov, 17. Elçin Rəhimli, 88. Orxan Qurbanlı, 36. Hikmət Verdiyev.
Baş məşqçi: Aftandil Hacıyev.
Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Ramil Əhmədov.
Hakim-inspektor: Kərim Ağayev.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
"Bakcell Arena”.

Sabah - Qarabağ 0:2
Qollar: Miçel, 82. İnnosent Emeqara, 88.
Sabah: 30. Saşa Stamenkoviç, 5. Kərim Diniyev, 8. Elşən Abdullayev, 9. Marko Deviç , 10. Cavid İmamverdiyev (k), 13. Filip İvanoviç, 15. Erik Ramos, 21. Novruz Məmmədov, 25. Vanderson Silva, 27. Bəxtiyar Soltanov, 33. Eltun Turabov.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 19. Məqsəd İsayev, 39. Əlibəy Məmmədli, 88. Elçin Əsədov, 6. Vadim Abdullayev, 2. Ülvi İbazadə, 11. Elgün Nəbiyev, 3. Elvin Bədəlov, 7. Vitali Kvaşuk.
Baş məşqçi: Elşad Əhmədov.
Qarabağ: 13. Vaqner da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 8. Miçel, 9. Araz Abdullayev, 11. Mahir Mədətov, 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 1. Hannes Halldorsson, 4. Rahil Məmmədov, 6. Simeon Slavçev, 7. İnnosent Emeqara, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacılı, 22. Rövlan Muradov, 25. Ansi Aqolli, 28. Con Delarj, 91. Coşqun Diniyev, 14. Rəşad Sadıqov.
Baş məşqçi: Qurban Qurbanov.
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Cəmil Quliyev, Rəşad Əhmədov.
Hakim-inspektor: Murad Məmmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
"Əlincə Arena”.
 

Klub

O

Q

H/H

M

T/F

X

1

Neftçi

6

5

1

0

13:3

16

2

Qarabağ

6

5

1

0

13:4

16

3

Sabah

6

3

1

2

5:6

10

4

Sumqayıt

5

2

1

2

7:6

7

5

Səbail

6

2

1

3

5:10

7

6

Qəbələ

5

1

1

3

6:8

4

7

Keşlə

5

0

1

4

4:9

1

8

Zirə

5

0

1

4

5:12

1

Bombardirlər

Marko Deviç (Sabah) - 5. Baqali Dabo (Neftçi), İnnosent Emeqara (Qarabağ) - 4.


Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

10:04

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

Facebookdan bizi izləməyi unutmayın.
X