Latviyanın Birinci Liqasında 19-cu turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi "Dauqavpils” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda "JDFS Alberts”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 4:0. Vüqar da bu görüşün iştirakçısı olub. O, matçın 58-ci dəqiqəsində forma şansı qazanıb.
Həm komandasının, həm də bütövlükdə çempionatın bombardiri olan Əsgərov 72 və 82-ci dəqiqələrdə fərqlənməklə növbəti dublunu rəsmiləşdirib. Millimizin sabiq forvardı cari mövsümdə vurduğu qolların sayını 25-ə çatdırıb.
"Dauqavpils” 19 turdan sonra 49 xalla 12 kollektiv arasında liderdi.
Fanat.Az