11:34 05.10.2018 2166

Tribunadakı “Fanat”

Xeyli vaxt keçib üstündən. 10 il... Hələ onda dünya futbolunu uzun illər lərzəyə salacaq "Barselona” köhnə-yeni fəlsəfəsini tam ortaya qoymamış, "Fənərbaxça” sonuncu dəfə qrupda oynamış, həmin ÇL-i "Mançester Yunayted”, bir il sonra tarixə qovuşacaq UEFA Kubokunu isə "Zenit” götürmüşdü. Azərbaycanda milliyə Qyoko Hacievski başçılıq edirdi, Premyer-Liqasında 14 komanda vardı, Qurban Qurbanov "Qarabağ”a heç iki ay deyildi gəlmişdi, ölkədə əməlli-başlı futbol bumu yaşanırdı. Və bu yekəlikdə futbol hərarətinin içində hələ də Azərbaycanda azərbaycandilli müstəqil idman (futbol) saytı yox idi. Kimsə bu "sükut”u pozmalı idi. Sükutla yola getməyənlər isə fanatlardı. İlk addımın "Fanat.az”dan gəlməsində də bir simvolika vardı, yəqin.

*

Mən də orda idim. İşin təməlində. İlk əməkdaşı idim bu saytın. Bu günə kimi də qürur duyuram bununla.
*

"Fanat.az" bir çox daşlaşmış steretioplərə meydan oxuyub darmadağın etdi, yeni nəsil  idman jurnalistikasının təməlini qoydu. Məhz "Fanat"dan sonra başlayan "bum"un nəticəsi hazırda sayı 50-yə çatan futbol saytı toplumu, tribunasıdı. Yeni mübarizə platformasını cəmi 3-4 il ərzində dolduran bu jurnalist ordusu hələ də "döyüş"ünü davam etdirir. İndi biz bu durumu, bu kəmiyyət izafisini normal qəbul edirik. 10 il əvvəl isə o həqiqət tribunasında cəmi 1 "Fanat" vardı. Tək, amma enerji dolu, istənilən döyüşə baş vurmağa,  ideya və hədəf üçün sona qədər susmamağa hazır fanat. 


Bir sayt üçün bu qədər yuxarıdan deyilən sözlər sizə qəribə gələ bilər. Amma həqiqət məhz belədi. O vaxt bizim üçün ideya hər şeydən üstün idi. Mənəvi dəyərlər ilk, pul, ya da istənilən digər maddi mənfəət isə ikinci, beşinci, onuncu planda idi. "Alma", "Komanda" və "Fanat"... İdeya qalib gəlirdi. Bizim özümüzə də, qarşımızdakılara da.

*

Son illər sakitləşsə də, "Fanat” hələ də tribunadadı. Heç ordan getməmişdi də. Tribuna var olduqca o da orda olacaq.

"Fanat” hələ də tribunadadı. Hər gün gəlib öz yerini tutur, postunu boş saxlamır. İndi sadəcə tamaşaçıdı, səs-küy salmır, fakel yandırmır, şüar səsləndirmir, rəqiblərini qorxuya salmır.

"Fanat” hələ sadəcə tamaşaçıdı. Ancaq hər pis günün bir sonu var. "Oyun” bitib oyun başlayanda "Fanat” da səsini çıxaracaq. Buna heç bir şübhəm yoxdu.

Hörmətlə, Kənan "Fanat” Məstəliyev
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

Facebookdan bizi izləməyi unutmayın.
X