Topaz Premyer Liqasında VIII turun oyunlarının vaxtı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, turun oyunları iki günü əhatə edəcək.
Mərkəzi qarşılaşma hesab olunan "Qəbələ" - "Neftçi" görüşü oktyabrın 20-də saat 17.00-da start götürəcək. Həmin gün keçiriləcək "Qarabağ" - "Səbail" oyunu isə saat 19.00-da başlayacaq.
Turun digər iki oyunu isə oktyabrın 21-də olacaq. "Sumqayıt" - "Sabah" matçı saat 17.00-da, "Keşlə" - "Zirə" oyunu isə saat 19.00-da başlayacaq.
Premyer Liqa
2018/19 mövsümü
II dövrə, VIII tur
20 oktyabr
17.00 Qəbələ - Neftçi
Qəbələ şəhər stadionu.
19.00 Qarabağ - Səbail
"Azersun Arena”.
21 oktyabr
17.00 Sumqayıt - Sabah
"Bayıl Arena”.
19.00 Keşlə - Zirə
"ASK Arena”.
Fanat.Az