Daha bir iki azərbaycanlı futbolçu Türkiyənin BAL liqasında çıxış edəcək.
Fanat.Az aut.az-a istinadən xəbər verir ki, Temraz Əmircanov və Heydər Babayev "Samandağspor"la müqavilə imzalayıb. Əmircanov dayaq yarımmüdafiəçisi, Babayev cinah müdafiəçisi mövqyində çıxış edir.
Qeyd edək ki, Temraz Əmircanov milli komandamızın üzvü Ruslan Əmircanovun əmisi oğludu. U-15 millimizdə çıxış etmiş futbolçu əvvəllər "Rəvan", "Simurq", "Zirə", "İnter" və AZAL-da çıxış edib. Heydər Babayev isə U-15, U-17 və U-19 millilərimizdə, "Xəzər Lənkəran", "Qəbələ" və "Neftçi"də forma geyinib.
Fanat.Az