"Yaxşı ki, fasilə yaranmışdı. Bir ailə olmağa çalışdıq. Yumruq kimi birləşdik. Bir qədər psixoloji gərginlik var idi. Həm futbolçularımızı, həm də azarkeşlərimizi təbrik edirəm. Bəlkə də "Zirə”ylə oyunda zəif oynamışdıq. Ancaq uşaqlar məğlubiyyətdən bezmişdilər. Dünən uşaqların gözlərini görmüşdüm. Bilirdim ki, onlar start fiti üçün alışıb-yanırdılar".
Fanat.Az xəbər verir ki, bu sözləri Topaz Premyer Liqasının VIII turunda evdə "Neftçi” üzərində 3:1 hesablı qələbəni şərh edən "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov deyib.
"Bəlkə də "Zirə”ylə oyunda zəif oynamışdıq. Ancaq uşaqlar məğlubiyyətdən bezmişdilər. Dünən uşaqların gözlərini görmüşdüm. Bilirdim ki, onlar start fiti üçün alışıb-yanırdılar" deyə baş məşqçi əlavə edib.
Qurbanov "Bu qələbə komandanız üçün dönüş nöqtəsi oldumu" sualına belə cavab verib: "Qarşımızda uzun bir marafon var. Bu oyuna görə sevinsək də, unudub yenidən başlamalıyıq. Hər bir oyuna ciddi yanaşmalıyıq".
Fanat.Az