22:00 20.10.2018 1312

Qurban Qurbanov: \"Texniki məğlubiyyətə görə ən böyük günah bizdədi\"

"Çox danışmağa ehtiyac yoxdu. Texniki məğlubiyyət olacaq. Futbolçular bir müddət idi bir yerdə deyildilər. Bunun da təsiri olmuşdu. Yanlış əvəzetmə zamanı meydanda olan futbolçuların bundan xəbəri yox idi. "Səbail”i təbrik edirəm". 

Fanat.Az xəbər verir ki, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov evdə "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri, lakin adı protokolda olmayan Abbas Hüseynovu meydana buraxdıqları üçün texniki məğlubiyyətlə nəticələnəcək görüş barədə danışarkən deyib.

Qurbanov "Bu səhvə görə günahkar kimdi" sualına belə cavab verib: "Kim protokolu yazsa da, hamı buna baxmalıdı. Eləcə də hakimlər. Əlbəttə, ən böyük günah bizdədi. 22 nəfərlik yerdə 23 nəfər oturubsa, deməli, biri artıq dı. Hakimlər də diqqətli olmalıdı. Hamı yoxlamalıdı. Bundan sonra köməkçilərim daha diqqətli olmalıdı. İstəmərəm ki, digər klublarda da bu aqibət olsun. Hamımız əziyyət çəkirik, ancaq bir xətaya görə məğlubiyyət alırıq. Məğlubiyyətin əvəzini çıxmaq olar. Futbolçuların əziyyətinə heyfim gəlir. Ən çox özümüz diqqətli olmalıyıq. 18 nəfərlik prokol olanda, daha rahat olurdu. Ancaq 23 nəfər olanda aləm dəyir bir-birinə. Peşəkar klubuq və hər bir məsuliyyətli şəxs bu xətaya yol vermələlidi. Razıyam, bizə texniki məğlubiyyət versinlər, ancaq qarşıda kimdə belə şey olsa, bunun verilməsinin tərəfdarı deyiləm. Belə olarsa, şad olaram". 

"Qarabağ”da bir dəfə heyətlə bağlı problemə görə texniki məğlubiyyət almışdı. Baş məqşçi həmin olayla bağlı da danışıb: "Keçən dəfə legioner limitini pozmuşduq. Riçard Almeydanı daha tez buraxmışdıq. Sadəcə, yerlərdə səhv etmişdik. Amma Abbas Hüseynov yerli futbolçudu. Onun adının yazılmaması taledi. Onu əvvəllər 60-65 dəqiqə oynatmağı düşünürdük. Amma zədədən yeni qayıdıb".

Qurbanov "Vorskla” ilə oyunöncəsi müdafiənin mərkəzi ilə bağlı planınız nədi? Rahil Məmmədovun meydana çıxmamağı nə ilə bağlıdı?" sualını da cavablandırıb: "Rəşadın da, Yakubun da oynamağına ehtiyac var idi. Neçə vaxt idi oynamırdılar. Rahil yığmanın son oyunlarında az oynamamışdı. Balansı qorumağa çalışdım. Bu gün Qara Qarayevi də sonradan meydana buraxdım. Futbolçuları düşünmək, qoruyub saxlamaq lazımdı. Həm fiziki, həm də psixoloji cəhətdən".

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X