Qazaxıstan Premyer Liqasının qalibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, millimizin üzvü Riçard Almeydanın çıxış etdiyi "Astana" mövsümün bitməsinə 4 tur qalmış çempionluğunu təmin edib. Futbolçumuzun komandası XXXI turunda "Kayrat"a 0:1 hesabı ilə yenilsə də, çempionluğunu elan edə bilib. "Astana" mövsümün sonuna 4 tur qalmış ən yaxın izləyici "Kayrat" üçün əlçatmaz olub.
Riçard Almeydanın adı matçın protokoluna salınmayıb. Cümə axşamı Avroliqada oynayan futbolçumuza imtirahət verilib.
Qeyd edək ki, "Astana" ardıcıl 5-ci dəfə ölkə çempion olaraq, rekorda imza atıb. Əvvəllər Qazaxıstanda heç bir klub dalbadal 5 dəfə qızıl medal qazana bilməyib. Bununla yanaşı, "Astana" titul sayında "İrtış" və "Aktobe" ilə bərabərləşib.
Onu da qeyd edək ki, Riçard Almeyda Qazaxıstan komandasına yayda "Qarabağ"dan keçib. O, Qazaxıstan çempionatında 6 oyun keçirib və 1 qol vurub.
"Astana"nın heyətində Azərbaycan klubunun daha bir sabiq futbolçusu Pedro Enrike icarə əsasında çıxış edir. Komandanın baş məşqçisi isə bir müddətdi şəxsi problemləri ilə əlaqədar hazırlıqlarda iştirak etməyən Roman Qriqorçukdu. Qriqorçuk daha əvvəl "Qəbələ"yə rəhbərlik edib.
Fanat.Az