22:39 27.10.2018 1134

Nazim Süleymanov: "Buraxdığımız ilk qoldan əvvəlki epizodda penaltimiz verilmədi"

"Oyunun maraqlı keçəcəyini gözləyirdik. Belə də oldu. Matçın əvvəlində hesabda üstün idik. Oyuna nəzarət də bizdə idi. Hər şey yaxşı gedirdi. Futbol səhv oyunudur. Nəinki futbolçular, hətta bəzən azarkeşlərə görə də klubu cəzalandırırlar. Hərdən hakim də böyük rol oynayır. Buraxdığımız ilk qoldan əvvəlki epizodda penaltimiz verilmədi. Həmin anda penalti verilsəydi, hesab 3:0 olacaqdı. Komandanı niyə "sındırmaq” lazımdı. Demirik ki, bizə kömək etsinlər. Bizim də səhvlərimiz oldu. Həm uda, həm də uduza bilərdik. Futbolda belə şeylər olur. İrəli baxmaq lazımdır. Sadəcə, xallar komandadan gedir ki, buna təəssüflənirəm. Futbolçular öz güclərini meydanda qoyurlar, bir fiti səsləndirməməklə xallar gedir”.

Bunu "Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov evdə "Qəbələ" ilə heç-heçə etdikləri Topaz Premyer Liqasının IX tur oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...

- Mehdi Cənnətov hər iki qolda səhv etdi. Onun oyununu necə dəyərləndirirsiz?
- Kim meydanda olacaqsa, o, səhv edəcək. Göz önündə olan səhvlər görünür. Təhlil edib, bir daha baxacağıq.

- Atilla Yıldırıma qarşı səbr kasanız nə vaxt daşacaq?
- Elə Atillanı vurdular. Atilla oynayır, sadəcə, qol yoxdur. Hər şeyi zamana buraxaq. Qapıya zərbələr üzərində işləmək lazımdır. Qol fürsəti olsun ki, qol vura bilsin.

- İki qol imkanından düzgün yararlana bilmədi…
- İlk hissədə aldadıb zərbə vurdu, top dirəyin yanından keçdi. İrəlidə top saxlaya bilir. Bunlar üstünlükdür. Əlbəttə, biz hücumçunun qol vurmasını istərdik.

- İkinci hissənin əvvəllərində oyun getmirdi, amma dəyişiklik etmədiniz. Məsələn, Əfran İsmayılovu çıxara bilərdiz. Bunun səbəbi nə idi?
- Əfrana top gələndə hər zaman hiss edirsən ki, qol epizodu yarada bilər.

- Rəqib meydanda azlıqda qalanda hücuma keçmirdiniz. Güc qalmamışdı?
- Komandanı hücumda görmürdüz? Futbolda azlıqda oynayanda əks-hücumla qol da vura bilərsən. Qvanzavı ona görə meydana buraxdıq ki, irəli çıxsın.

- Qələbə istəyi olan komanda 3-cü əvəzetməni bu qədər gec etməzdi…
- Hər bir futbolçuya şans veririk. Əlimizdə olan oyunçulardan istifadə edirik.

- Ötən oyundan sonra Vurğun Hüseynovun cəzalanacağını demişdiniz. Kapitan haqda ictimaiyyətə belə açıqlama vermək nə dərəcədə doğrudur?
- Nə cəza olacağını bilirsiniz? Kim olur-olsun, səhv edən cəzasını almalıdır. Bu, klubun daxili işidir. Baş məşqçi də, kapitan da cəzalana bilər. Əlbəttə, cəzalanacaq.

Qeyd edək ki, "Sumqayıt” "Dalğa Arena”da "Qəbələ”ni qəbul edib. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb. (Report)

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 İyun 2025
21:40

"Çelsi" 101 milyonluq afrikalı üçün ilk addımı atdı

21:04

"Sabah" Avstriyaya gedir

20:39

"Qarabağ" braziliyalı oyunçu ilə gücləndi

20:17

İtaliya nəhəngi Sanço üçün MY-yə rəsmi təklif göndərdi

19:43

"Çelsi" Mudriki məhkəməyə verə bilər - AÇIQLAMA

19:12

"Neftçi" hazırlıq planını açıqladı

18:50

Azərbaycan millisinin heyəti açıqlandı

18:05

AFFA rəsmiləri FIFA sammitində

17:59

Azərbaycan Karate Federasiyasının nəzdində "Xankəndi" klubu yaradıldı

17:41

Səudiyyə Ərəbistanı klubu Poqbanı aparır - SON DURUM

17:23

Dubayda həbs edilən məşhur hücumçu Niderlanda ekstradisiya edildi

17:05

Rekord məbləğdə transfer reallaşır - Alman ulduz tibbi müayinədən keçdi

16:47

"Roma"nın keçmiş idman direktoru Premyer Liqa klubu ilə anlaşdı

16:29

Vüqar Nadirov növbəti mövsümə harada başlayacaq? - AÇIQLAMA

16:11

"Liverpul"un sabiq ulduzu Belçika klubundan qovuldu

15:53

U-14-dən ardıcıl üçüncü qələbə

15:18

"Arsenal", yoxsa "Mançester Yunayted"? - Dyökereş seçimini etdi

14:59

Azərbaycan millisi dünya çempionatında mübarizəni dayandırdı

14:42

"Ağzımızda pis dad var idi" - Messi "Portu" üzərində qələbədən danışdı

14:23

"Araz-Naxçıvan"da iki yeni müqavilə - RƏSMİ

14:05

Bitdi: Mudrikin günahı sübuta yetirildi

13:46

Həbib Nurməhəmmədov Qurban Qurbanovla görüşdü

13:27

"Aris" bizim üçün arzuolunan rəqib deyil" - Qara Qarayev

13:08

"Sabah" yeni baş məşqçisinin adını açıqladı

12:49

Gümüş Avropa Liqası: Azərbaycan millisi növbəti matçına çıxır

12:30

İngiltərə nəhəngi dünya çempionu ilə danışıqlara başladı

12:13

Messi ABŞ klubunun tarixinə düşdü

11:54

Azərbaycan millisi Almaniya yığması ilə qarşılaşacaq

11:35

Azərbaycanda futbol klubunun rəhbəri olan şirkət sahibi həbs edildi - TƏFƏRRÜAT

11:17

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:00

Aqil Nəbiyev Moldova yığması üzərində qələbəni şərh etdi

10:41

Klublararası dünya çempionatı: "Çelsi" Braziliya, "Bayern Münhen" Argentina nəhənginə qarşı

10:20

"Zirə"nin rəqibi hazırlıq planını açıqladı

10:01

Enrike braziliyalılarla bacarmadıqlarını etriraf etdi - "Bu mövsüm qarşılaşdığımız ən güclü komandadır"

09:23

"Ayaks" İngiltərə çempionunun keçidini elan etdi

09:00

"Atletiko"dan inamlı qələbə, PSJ məğlub oldu

01:00

Klublararası dünya çempionatı: Messi "İnter Mayami"yə qələbə qazandırdı

19 İyun 2025
23:54

Azərbaycan gimnastı dünya çempionatında finala yüksəldi

23:28

"Palmeyras" "Əl Əhli"ni məğlub etdi

23:05

"Yuventus" bunu 22 il sonra bacardı

Facebookdan bizi izləməyi unutmayın.
X