Bu gün Topaz Premyer Liqanın IV turunda "Neftçi” "Qarabağ”ı qəbul edir.
Fanat.Az qol.az-a istinadən xəbər verir ki, bəzi azarkeşlər stadiona girməkdə problemlə üzləşib. Fanatlar bununla bağlı sosial şəbəkələrdə narazılıqlarını bildiriblər.
Məsələ burasındadır ki, "Bakcell Arena"nın 3 A sektoruna bilet alan bir qrup azarkeş bu sektorun qapısı bağlı olduğundan stadiona girə bilməyib. Onları digər qapılardan da içəri buraxmayıblar.
Daha bir problem isə "Qarabağ" azarkeşləri ilə bağlı yaşanıb. "Neftçi" klubu heç bir izahat vermədən komandanın onlarla azarkeşini biletləri olduğu halda tribunaya buraxmayıb. Matçın başlamasına 3 dəqiqə qalmış onlarla azarkeş çöldə gözləməli olub. Yalnız Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin müdaxiləsində sonra fanatlar içəri buraxılıblar.
Fanat.Az