Bu axşam Avropanın bir sıra ölkələrində kubok oyunları keçiriləcək. Söhbət İngiltərə, Fransa, İspaniya, Almaniya, Hollandiya, Türkiyə, Polşa, Yunanıstan, Xorvatiya, Avstriya və Rumıniyada baş tutacaq matçlardan gedir.
Belçika liqasında isə növbəti turun qarşılaşmaları oynanılacaq. Bütün bu görüşlər Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan "Topaz"ın bu günkü proqramında yer alıb. "Topaz" bu gün öz müştərilərinə ümumilikdə 116 matç təklif edir. Onlardan 47-si canlı mərcə açıq olacaq. 14 matça isə "təkli oyun" kimi mərc etmək olar. "Təkli oyunlar"dan 5-i Almaniya Kubokunun görüşləridir. 2-ci mərhələnin maraqlı oyunlarından biri "Hannover"lə "Volfsburq" arasında baş tutacaq.
Bu mərhələdə qalib bir oyunun nəticəsinə əssən müəyyənləşdiyindən tərəflərin qələbə üçün maksimum güc sərf edəcəyi şübhə doğurmur. "Hannover"lə "Volfsburq" indiyədək 30 dəfə üz-üzə gəlib. Bu duellərdən 15-ni "yaşıl-ağlar", 9-nu isə hannoverlilər qazanıb. "Volfsburq" sonuncu dəfə "Hannover"ə səfərdə 2013-cü ildə uduzub. Bununla belə. axşamkı dueldə tərəflərin qələbə şansı yarıbayarı dəyərləndirilir. "Topaz"da həm canlı, həm də "təkli" mərc edə biləcəyiniz bu oyunun əmsalları belədir: "Hannover"in qələbəsi 2.55, heç-heçə 3.25, "Volfsburq"un qələbəsi 2.50.