Topaz Premyer Liqasında IX turun rəmzi komandası müəyyənləşib.
Fanat.Az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, rəmzi heyətdə "Zirə”nin 4, "Neftçi”nin 3, "Sabah”ın 2, "Keşlə” və "Sumqayıt”ın 1 futbolçusu yer alıb.
Səlahət Ağayev 5, Şəhriyar Əliyevlə Mirabdulla Abbasov 4, Dario Federiko 3, Denis Silva, İlkin Qırtımov və Sadio Tounkara isə 2-ci dəfə "11-liy”ə düşüb.
Qapıçı: Səlahət Ağayev ("Neftçi”) -5
Müdafiəçilər: Tellur Mütəllimov ("Zirə”), Şəhriyar Əliyev ("Sumqayıt”) -4; Denis Silva Kruz ("Keşlə”) -2 , İlkin Qırtımov ("Zirə”) -2
Yarımmüdafiəçilər: Sadio Tounkara ("Zirə”) -2; Dario Federiko ("Neftçi”) -3; Erik Ramos ("Sabah”); Bilal Həmdi ("Zirə”)
Hücumçular: Mirabdulla Abbasov ("Neftçi”) -4; Cavid İmamverdiyev ("Sabah”).
Qeyd edək ki, rəmzi komanda "InStat” şirkətinin təhlilinə əsasən müəyyənləşdirilir.
Fanat.Az