Rusiya Premyer Liqasında XII ci turun rəmzi komandası açıqlanıb.
Fanat.Az xəbər verir ki, ən yaxşı "11-lik"də "Rostov”un azərbaycanlı yarımmüdafiəçisi Ayaz Quliyev də yer alıb. "Rostov" XII turda evdə "Anji"yə 1:0 hesabı ilə qalib gəlib. Ayaz Quliyev bu matçda sonadək meydanda olub və 25-ci dəqiqədə sarı vərəqə alıb. O, turun ən yaxşı oyunçusu seçilib.
Qapıçı: Andrey Lunev ("Zenit”)
Müdafiəçilər: Dmitri Kombarov ("Spartak”), Sebastyan Holmen ("Dinamo”), Sverrir İnqason ("Rostov”), Mario Fernandes (SSKA)
Yarımmüdafiəçilər: Manuel Fernandeş ("Lokomotiv”), Ayaz Quliyev ("Rostov”), Leandro Paredes ("Zenit”), Viktor Klasson ("Krasnodar”)
Hücumçular: Eder ("Lokomotiv”), Ari ("Krasnodar”)
Fanat.Az