"Qarabağ" Topaz Premyer Liqasının X turunda "Sumqayıt"la keçirəcəyi ev oyununun stadionun dəyişdirilməsi xahişi ilə Peşəkar Futbol Liqasına müraciət edib.
Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisi həmin qarşılaşmanın Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılmasını istəyib. Rəsmi qaydada ünvanlanmış məktubda səbəb kimi komandanın ev oyunlarını keçirdiyi "Azərsun Arena"nın işıqlandırma sistemində yaranan problem göstərilib.
PFL mürciəti PFL müraciətini cavablandırıb. Qurum mövcud vəziyyəti araşdırdıqdan sonra əsas komandanın "Sumqayıt"ı Tofiq Bəhramov adına Respublika stadionunda qəbul etməsi xahişini müsbət qarşılayıb. Görüş noyabrın 3-də saat 19.00-da başlanacaq.
I divizionda IX turun "Qarabağ-2" - MOİK qarşılaşması isə mərkəzi arenadan "Azərsun Arena"ya keçirilib. Oyunun başlama tarixi də dəyişdirilib və 2 noyabra deyil, 3 noyabra salınıb.
Fanat.Az