"Qəbələ”nin sabiq baş məşqçisi,
hazırda Rusiyanın "Lokomotiv”ini çalışdıran Yuri Syomin kitab yazıb.
Fanat.Az xəbər verir ki,
"Lokomotiv”. Kürsüyə qayıdış” kitabının təqdimat mərasimi noyabrın 8-də
Rusiyanın paytaxtı Moskvadakı "Oxu-şəhər” mağazasında reallaşacaq.
Kitabda Moskva klubunun 3 çempionluğu zamanı keçdiyi yoldan bəhs edilir. Syomin
məşqçilik karyerasının ən mühüm mərhələlərini öz kitabında xatırlayıb.
Qeyd edək ki, Syomin
"Lokomotiv”i üç dəfə - 2002, 2004-cü ildəvə ötən mövsüm Rusiya çempionu
edib.
Xatırldaq ki, 71 yaşlı mütəxəssis 2013/2014 mövsümündə "Qəbələ”də işləyib.
Fanat.Az